İran yayda Azərbaycandan əlavə həcmdə elektrik enerjisi alacaq Nazir
Yay aylarında İranın əlavə həcmdə elektrik enerjisinə tələbatı yaranarsa, əldə olunmuş razılaşmaya əsasən Azərbaycan bu tələbatı müəyyən miqdarda ödəyəcək . Bunu İranın energetika naziri Həmid Çitçiyan deyib.
Onun sözlərinə görə, İranın elektrik enerjisinə tələbatı əsasən yay aylarında artır: "Əldə etdiyimiz razılığa əsasən, İranın elektrik enerjisinə tələbatı yarandığı halda, Azərbaycandan idxal hesabına bu tələbatın bir qismi ödəniləcək. Azərbaycan tərəfi bununla bağlı bizə müsbət cavab verib. İranda əsasən yay aylarında elektrik enerjisinə tələbat artır. Söhbət 130 meqavat həcmində olan elektrik enerjisindən gedir. Elektrik enerjisi mübadiləsi üçün zəruri infrastruktur yaradılıb".
Qeyd edək ki, iki ölkənin elektrik enerjisi xətləri 2016-cı ilin avqust ayında İran prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı birləşdirilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...