SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » İlham Əliyev “Əsrin kontraktı” ilə bağlı şərt qoydu

İlham Əliyev “Əsrin kontraktı” ilə bağlı şərt qoydu

Tarix:

1-05-2017, 14:43

/ 61 191 dəfə oxundu.
İlham Əliyev “Əsrin kontraktı” ilə bağlı şərt qoydu

Prezident: “Bütün şərtlərimiz yerinə yetirilməlidir ki, “Əsrin kontraktı”nın müddəti uzadılsın”

“Əsrin kontraktı” bu gün də ölkəmizə xeyir gətirir və bildiyiniz kimi, indi SOCAR-la tərəfdaşlar arasında danışıqlar gedir ki, bu kontraktın müddəti uzadılsın və mən buna müsbət baxıram. Əlbəttə, bizim bütün şərtlərimiz yerinə yetirilməlidir ki, kontraktın müddəti daha da uzadılsın”.

xalqxeber.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev SOCAR-ın Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında deyib.

“Şahdəniz 2” bu gün dünyanın ən böyük qaz layihələrindən biridir. Artıq neçə ildir ki, “Şahdəniz” qazı dünya və region bazarlarına çıxarılır. Bu gün isə biz artıq Cənub Qaz Dəhlizinin icrasına çox yaxınlaşmışıq. Bu layihə Azərbaycanı bizim üçün əsas olan xarici bazarlarla, Avropa bazarları ilə birləşdirəcək. Bundan sonra onilliklər ərzində Azərbaycan Cənub Qaz Dəhlizinin icrasından iqtisadi maraqları təmin edəcək”, - deyə o vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ