Azərbaycanla Türkiyə dollardan imtina edir
Ötən il 5 mln. türk lirəsi həcmində manat/lirə cütlüyü üzrə mübadilə əməliyyatları aparmışıq. Bu il bunu daha da artırmaq niyyətindəyik, nə qədər tələbat olacaqsa, təmin etməyə hazırıq.
Bunu Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) “İş dünyamız” jurnalına müsahibəsində “Ziraat Bank Azerbaijan" ASC-nin İdarə Heyətinin sədri Avni Dəmirçi deyib.
A.Dəmirçinin sözlərinə görə, təmsil etdiyi bank Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsində dollardan imtina edilməsi ilə bağlı konkret addımlar atır:
“Manatla Türkiyə lirəsi arasında üçüncü valyutaya ehtiyac olmadan ticarəti maliyyələşdiririk. İnsanlar bizə manatı gətirdikləri zaman onlara TL sataraq və TL gətirdikləri zaman manat sataraq bu işləri aparırıq. "Ziraat Bank"ın baş ofisi də bu işdə bizə dəstək verir. İndi isə iki ölkənin mərkəzi banklarının bu prosesə qoşulub “svop” anlaşmaları həyata keçirərək qarşılıqlı mübadiləyə başlaması lazımdır”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək