SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Sahibkarı müflisləşdirən faizlər - Kreditlər biznesi də batırır

Sahibkarı müflisləşdirən faizlər - Kreditlər biznesi də batırır

Tarix:

17-12-2020, 12:36

/ 787 dəfə oxundu.
Sahibkarı müflisləşdirən faizlər - Kreditlər biznesi də batırır

Azərbaycanda kredit faizləri yüksəkdir və bu məsələ dəfələrlə mətbuatda, sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib.

Son günlərdə bu barədə müzakirə və təkliflər parlamentdə də səslənməkdədir.

Milli Məclisin iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili Mərkəzi Bankda yeni qanun layihəsinin hazırlanması istiqamətində aktiv isə getdiyini bildirib. O banklarda kredit faizlərinin yüksək olduğunu bildirib:

“Biz də istərdik ki, kredit faizləri birrəqəmli olsun. Bunun üçün banklarda olan sərbəst vəsaitlərin bazara sərbəst transferini təmin etmək lazımdır. Hazırda bank sistemi ilə bağlı Mərkəzi Bankda yeni qanun layihəsi üzərində işə gedir. Bu qanun layihəsi qəbul ediləndə bank kreditlərinə daha yaxşı çıxış imkanları yaranacaq”.

Deputat Rüfət Quliyev isə bildirib ki, depozit faizləri aşağı salınmalı və vətəndaşlara birrəqəmli faizlə kredit götürməyə şərait yaradılmalıdır:

“Bu, baş vermədiyi üçün 7 milyard pulumuz sərbəst qalıb. Bunun üçün maliyyə və iqtisadiyyat bloku birlikdə işləməlidir”.

Qeyd edək ki, Azərbaycanda kredit faizləri həm region ölkələri, həm də Avropa ölkələri ilə müqayisəedilməz dərəcədə yüksəkdir. Məsələn, Avropa Birliyi ölkələrində 8-9 faizlə istehlak kreditləri götürmək mümkündür. Azərbaycanda əlçatmaz olan ipoteka kreditlərini isə bir sıra Avropa ölkələrində cəmi 1-2 faizlə əldə etmək olar.

Azərbaycanda kredit faizlərinin yaxın zamanlarda aşağı salınacağı real görünürmü?

İqtisadi Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda 20 faizdən aşağı kredit götürmək mümkün deyil:

“Buna görə də ölkədə kreditə münasibət fərqlidir. Dünya ölkələrində dara düşənlər kreditə üz tutur. Azərbaycanda isə biznesini genişləndirmək istəyən şəxs kredit götürür və sonda məlum olur ki, həmin adam müflisləşir. Bir sözlə kreditlər insanları, iqtisadiyyatı “batırır”.

Kredit faizlərinin aşağı salınması üçün kredit portfelində əmanətlərin çəkisini azaltmaq lazımdır. Verilən kreditlərin təxminən 60-70 faizini vətəndaşların yatırdığı əmaətlər təşkil edir. Depozitdən vətəndaşa 9-11 faiz verilirsə, avtomatik olaraq kreditin faiz dərəcəsi 10 faizdən - yəni hədəf olaraq götürülən birrəqəmli göstəricidən yuxarı qalxır”.

İqtisadçı hesab edir ki, Azərbaycan hökuməti elə bir siyasət həyata keçirməlidir ki, Mərkəzi Bank banklara donorluq etsin:

“Yəni Mərkəzi Bank banklara aşağı faizlə pul verməlidir ki, onlar da aşağı faizlə kredit verə bilsinlər. Bununla portfeldə əmanət hesabına formalaşan kreditlərin çəkisini aşağı salmaq, bununla da kredit faizlərini aşağı salmaq olar”.

Akif Nəsirli Azərbaycanda xidmət haqlarının da yüksək olduğunu deyir:

“Dünyada kredit verilməsində xidmət haqqı 1,5 faizdən başlayır, 2-3 faizə qədər olur. Amma Azərbaycanda bu 6 faizdir. Əmanət hesabına verilən kreditin faizi hesablanarkən, 10 faiz depozitin faizi, 6 faiz xidmət haqqı hesablanır. 16 faizi başqasına verən banka da 4-5 faiz dividend qalmalıdır. Belə olduqda kreditin faizi 20 faizi keçmiş olur. Azərbaycan hökumətinin təmsilçisi olan Mərkəzi Bank banklara 4-5 faiz dərəcəsi ilə kredit versə və xidmət haqları da aşağı endirilərsə, bu təxminən 9 faizə gəlib çıxacaq, 2-3 faiz də bank bunun üzərinə qoyarsa, bu 11-12 faiz edər. Amma hələ ki, hazırda Azərbaycanda kreditlərin faiz dərəcəsini birrəqəmli səviyyəyə salmaq real görünmür”.

İqtisadçı deyir ki, Mərkəzi Bank banklara donorluq etməklə yanaşı xaricdə donor axtarılmasına da icazənin verilməsi vəziyyətdən çıxış yoludur:

“Hazırda Azərbaycan hökumətinin kommersiya banklarına donorluq edəcəyinə inanmıram. Məlumdur ki, ölkənin ehtiyatları da bir qədər azalıb, likvit olan vəsaitlər azdır. Amma ilkin hər banka varinatda müəyyən miqdarda vəsair vermək, gələcəkdə də bunu genişləndirmək olar”.

Şərhlər

XƏBƏR LENTİ