XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » İlham Əliyev: Bizim üçün sülh artıq reallıqdır

İlham Əliyev: Bizim üçün sülh artıq reallıqdır

İlham Əliyev: Bizim üçün sülh artıq reallıqdır
Bu gün, 20:09

 Azərbaycan üçün sülh artıq reallıqdır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Bakıda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə mətbuata bəyanatla çıxış edərkən bildirib.
Dövlət başçısı bildirib ki, Ursula fon der Lyayenlə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması proseslərindən söhbət ediblər.
"Faktiki olaraq sülhə nail olunub. Biz artıq bunun xeyrini görürük. Biz sülhün kağız üzərində olmadığını nümayiş etdirmək üçün bir sıra birtərəfli addımlar atdıq".
Prezident xatırladıb ki, Azərbaycan öz ərazisindən Ermənistana malların göndərilməsi üçün bütün məhdudiyyətləri aradan qaldırdı. İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ermənistana neft məhsulları, o cümlədən benzinin ixracına başlayıb:
"Bir sözlə biz nümayiş etdiririk ki, bizim üçün sülh artıq reallıqdır. Biz sülh şəraitində yaşamağa öyrənirik, çünki biz 30 il ərzində işğal altında yaşamışıq. Biz sülhü gücləndirmək üçün əlimizdən gələni etməliyik ki, o əbədi sülh olsun".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.