Rüfət Aslanlıya daha bir cəbhə açıldı – Seyidov
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4 və 3.5- ci maddələrinin implementasiyasına dair 04/15-174 nömrəli tərəfindən verilən daxili qərarla qanunun tələblərini ciddi şəkildə pozur.
Bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.
O bildirib ki, fəaliyyət göstərən 3000-dən artıq qeyri-hökumət təşkilatının işinin müəyyən daxili qərarlar əsnasında sıxışdırılması və qanun tələblərinin doğru icra olunmaması həmin təşkilatların həyata keçirilməkdə olan layihələrinə və bilavasitə öhdəliklərinə ciddi problemlər yaratmaqdadır.
Qanun layihəsinin icrasına tələsməkdə olan bəzi banklar MBNP-nın daxili qərarı ilə Qeyri-hökumət təşkilatları haqqında Qanunu, Qrant haqqında olan Qanunu və s. pozmaqdadır:
“Azərbaycanda vətəndaş cəmiyyəti institutları, xüsusən QHT-lər və gənclər təşkilatları bütün proseslərdə yaxından iştirak etmiş, Azərbaycan dövlətinin maraqlarının qorunmasında, gənclərin inkişafında əvəzsiz və aparıcı rola malik olmuşdur. Qrant müqaviləsini dövlət satınalma müqaviləsi ilə, ictimai birlikləri isə sahibkarlıq obyektləri ilə səhv salan banklar qeyri-hökumət təşkilatına, o cümlədən gənclər təşkilatlarına sadələşmiş vergi ödəyicisi kimi ayda 15.000 manata qədər qrant vəsaitini nağdlaşdırmağa qanunla qadağa qoymaq hüququna malik deyil. Qanun tələbi 15.000 manat olduğu təqdirdə banklara göndərilən daxili qərarla bu vəsaitin 5.000 manata endirilməsi Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununa qarşı çıxmaq deməkdir”.
M.Seyidov bildirib ki, banklar qarşısında xüsusi cərimələrlə çıxış edən MBNP onlara xüsusi aktlar tərtib etməklə bankların imicini təşkilatlar, fiziki və hüquqi şəxslər qarşısında daha da aşağı salmaqdadır:
“Bu kimi problemlərlə qarşılaşan şəxslərin sayı günü-gündən artır və artıq ciddi problemlər olaraq səsləndirilir”.
Qeyd edək ki, Palatanın bu addımına qarşı bir çox QHT, o cümlədən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev də açıqlamalar verib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...