XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » ELMAN RÜSTƏMOV BANKININ SƏHMLƏRİNİ SATIR – Tanınmış milyarderimiz Azərbaycanda bank səhmdarı olur

ELMAN RÜSTƏMOV BANKININ SƏHMLƏRİNİ SATIR – Tanınmış milyarderimiz Azərbaycanda bank səhmdarı olur

ELMAN RÜSTƏMOV BANKININ SƏHMLƏRİNİ SATIR – Tanınmış milyarderimiz Azərbaycanda bank səhmdarı olur
30-03-2017, 11:06

Xəbər verdiyimiz kimi, 28 mart 2017-ci il tarixdə “Bank Respublika” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib və yığıncaqda nizamnamə kapitalının 20 milyon manat artırılması haqqında qərar yektilliklə qəbul edilib. Həmçinin 28 mart 2017-ci il tarixdə “Bank Respublika” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağında Şakir Rəhimov bankın Müşahidə Şurasının yeni Sədri vəzifəsinə təyin edilib. O, Elçin Quliyevi əvəz edib. Qeyd edək ki, indiyədək Elçin Quliyev bankda ikinci ən böyük paya malik olan səhmdar idi.
Mətbuatda olan ən son məlumata görə, “Bank Respublika”nın səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), “Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)” (16,67%), “Sparkassen International Development Trust” (8,33%) və digərləridir.
Ən böyük səhmdarın nümayəndəsinin bankda bir nömrəli vəzifədən uzaqlaşdırılması Bankda səhmdar paylarının dəyişəcəyinə işarə edir.
Bank dairələrindən əldə etdiyimiz məlumata görə, bankın səhmdar kapitalında DEG-in payı artacaq. Həmçinin banka yeni səhmdar cəlb edilir. Qeyri-rəsmi məlumata görə, həmin şəxs “AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Teymur oğlu Əhmədovdur.
Devalvasiyalardan sonra Azərbaycanın bir çox bankları kimi “Bank Respublika” ASC-nin də zərəri artmış və bu səbəbdən məcmu kapitalı aşağı düşmüşdür. Nəticədə bankın kapitalının artırılmasına ehtiyac yaranmışdı. Dünən “Bank Respublika”nın səhmdarları Bankın bazarda qalmaqda israrlı olduğunu nizamnamə kapitalının 20 milyon artırılması ilə nümayiş etdirdilər. Lakin diqqəti cəlb edən kapitalda ən böyük paya malik olan Quliyevlər ailəsinin Bankın rəhbərliyindən uzaqlaşdırılmasıdır. Bu, Quliyevlər ailəsininn yeni 20 milyon manatlıq kapital artırımında iştirak etməyəcəyinə, artırımın əsasən yeni səhmdar tərəfindən həyata keçiriləcəyinə işarədir.
Qeyd edək ki, “SƏBA” ASC də Quliyevlər ailəsinin nəzarətindədir. Natiq Quliyev “SƏBA” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.
“Bank Respublika” ASC-nin mətbuat xidmətindən “Marja”ya bildirildi ki, yeni səhmdar tərkibi haqqında hazırda onlarda məlumat yoxdur. Səhmdar tərkibi haqqında məlumat 2017-ci ilin 1-ci rübünün yekunları barədə maliyyə nəticələri ilə birlikdə ictimaiyyətə açıqlanacaqdır.
Onu da qeyd edirik ki, 2017-ci ilin yanvarın 3-də “Bank Respublika” ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. Həmin vaxt bankdan verilən məlumata görə, Şuranın qərarına əsasən İdarə Heyətinin sədri Xədicə Həsənova tutduğu vəzifədən kənarlaşdırılıb. Müşahidə Şurasının üzvü Asəf Namazov isə İdarə Heyətinə sədr təyin olunub.
Onu da qeyd edək ki, adıçəkilən bankın əsl sahibinin Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov olduğu bildirilir. Elə bu səbəbdən də son 2 ildə özəl bankların üstünü alan “qara buludlar” sözügedən bankdan yan ötüşə bilib. E. Rüstəmov sahibi olduğu bankı bir çox tanınmış özəl banklar kimi iflas və müflis olmaq təhlükəsindən xilas etməyə nail olub.
Ancaq görünür ölkədə yaranmış maliyyə problemləri “Bank Respublika” ASC-dən də yan keçməyib. Mümkündür ki, bankın xaricdən kapital əldə etmək, dövriyyəni sabit saxlamaq imkanları aşağı düşüb. Bundan çıxış yolu kimi də bankın səhmlərinin bir hissəsinin satılmasına qərar verilib. Bazar olsun!

AzPolitika.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.