Azərbaycanda hasil olunan qızılın miqdarı AÇIQLANDI
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2016-cı ildə “Gədəbəy” yatağından 65 394 unsiya qızıl hasil edib. Məlumata görə bu barədə Şirkət rəsmi saytında məlumat yayıb.
Bu isə 2015-ci ildəki (72 032 unsiya) hasilatdan 9% azdır.
Hesabat ilində yataqdan mis hasilatı 1 941 ton təşkil edib ki, bu da 2015-ci ildən 2 dəfə çox olub.
Ötən il 165 131 unsiya gümüş hasil edilib. Bu isə əvvəlki ildəki hasilatdan 5,8 dəfə artıqdır.
Yataqdan ötən ilin IV rübündə hasil olunan qızılın həcmi 15 483 unsiya təşkil edib. Bu dövrdə yataqdan 578 ton mis və 50 216 unsiya gümüş hasil olunub.
Ötən ilin IV rübündə 12 995 unsiya qızıl külçəsi hər unsiya üçün orta hesabla 1 227 dollara, il ərzində isə 53 366 unsiya qızıl külçəsi hər unsiya üçün orta hesabla 1 253 dollara satılıb.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub