İmtahanın nəticələr açıqlandı - 1 nəfər maksimum bal yığdı
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 2019-cu il iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.
İmtahanda iştirak edən abituriyentlər DİM-in saytında imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri ilə tanış ola bilərlər
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 28699 abituriyentdən 408 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 15 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda III ixtisas qrupu üzrə 1 abituriyent (Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu), ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.
Xatırladaq ki, müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək aparılacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...