XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » ABŞ-dan Azərbaycan manatına təhdid - Pulumuz təhlükədə

ABŞ-dan Azərbaycan manatına təhdid - Pulumuz təhlükədə

ABŞ-dan Azərbaycan manatına təhdid - Pulumuz təhlükədə
21-02-2017, 21:17

"FED-in il ərzində 3 dəfə uçot dərəcəsi artırması bazarlarda çalxalanmaya səbəb ola bilər".

Bunu açıqlamasında iqtisadçı Məhəmməd Talıblı ABŞ Federal Ehtiyyatlar Sisteminin (FES) rəsmisi Patrik Harkerin “mart ayında dolların faiz dərəcəsinin artırılmasının masada müzakirə olunacağı” barədə açıqlamasını şərh edərkən deyib.

Məhəmməd Talıblının sözlərinə görə, FES-in il ərzində 3 dəfə uçot dərəcəsi artırması adi hal deyil: “FES-in qərarının belə kəskin artırılması təcrübəsi yoxdur. Uçot dərəcəsini 3 dəfə artırmaq adi hadisə deyil. Bu, bazarların çalxalanması və bəzi iqtisadi kataklizmlərə yol açan amil ola bilər. Ona görə, bir iqtisadçı kimi belə proqnozlaşdırıram ki, növbəti görüşdə uçot “stavkası” nisbi faizlə artırılacaq. Bu, gələn ay baş verəcək. Çünki FES-in növbəti toplantısı martın 15-də olması planlaşdırılır”.
“FES-in bu addımı atmasının əsas səbəbi avro-dollar proporsiyasında dolların nisbi dəyər itirməsidir. Hətta türk lirəsi də dəyər qazanıb. Ona görə, dolların nisbi dəyər itirməsi belə FES-in preventiv (önləyici) addımlar atmasını zəruri edir. Uçot stavkasından sonra manatın dəyər itirməsi prosesi əvvəlki səviyyəsindən də yuxarı olacaq”, - M.Talıblı əlavə edib.
Məsələyə münasibət bildirən iqtisadçı Cəfər İbrahimli açıqlamasında gələn ay üçün uçot dərəcəsinin artırılacağını deməyin çox çətin olduğunu bildirib: “Uçot dərəcəsinin gələn ay qalıdırılıb-qaldırılmayacağı, may ayında artırılacağını indidən demək çətindir. FES-in uçot dərəcəsinin artırıb-artmırmaması birbaşa Azərbaycan Mərkəzi Bankına təsir etmir. Düzdü, uçot dərəcəsinin artırılması müəyyən vaxtdan sonra manatın qiymətinə təsir göstərə bilər. Amma həmin an yox. Çünki bizim manat beynəlxalq bazarlarda, dünyanın böyük bankları tərəfindən alqı-satqı əməliyyatlarında iştirak etmədiyinə görə, FES-in hər hansı dəyişikliyi ona təsir etmir. Ola bilsin ki, 5-6 ay sonra ABŞ dolları kəskin dəyər istirsin və ya bahalaşsın, belə olan halda, bizim ticari tərəfdaşımız olan ölkələrin valyutaları ilə bağlı dəyişmə manata təsir göstərə bilər. Amma FES-in uçot dərəcəsini artırdığı anda bizdə də manatın bahalaşmasını gözləmirəm. Manat rubl kimi deyil ki, dolların uçot dərəcəsi artırılanda həmən təsir etsin”.
Qeyd edək ki, bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən hərracda dolların məzənnəsi 1,7447 səviyyəsində formalaşıb. Sabaha olan rəsmi məzənnə də 1.7447 səviyyəsində müəyyənləşdirilib.

Xatırladaq ki, FES-in növbəti iclası mart ayının 14-15-də baş tutacaq. FES rəsmilərinin sözlərinə görə, 2017-ci il ərzində dolların faiz dərəcəsi 3 dəfə artırılacaq.

a24.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.