Məzənnə ilə "oynayan" kimdir: "Araşdırmaya ehtiyac var"
"Maliyyə Bazarlarına Nəzarət Palatasının bu ayın əvvəllərində manatın məzənnəsinin qısa müddətdə kəskin möhkəmlənməsi və yenidən gözlənildiyi kimi dolların bahalaşması ilə müşahidə edilən əks-prosesin başlaması səbəblərini araşdırmasına ehtiyac var".
Məlumata görə, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov açıqlamasında bildirib. Ekspert onu da vurğulayıb ki, belə kəskin dəyişmələr nə vətəndaşlar, nə də biznes üçün əlverişlidir:
"Əksər inkişaf etmiş ölkələrdə belə hallar baş verən zaman maliyyə bazarına məsul olan dövlət qurumu spekulyativ müdaxilələrin olub-olmamasını araşdırır. Belə müdaxilələrin olduğu təsdiq olunan zaman bu işdə maraqlı olan bankların lisenziyalarının ləğvi daxil olmaqla, xeyili kəskin cəzalar müəyyənləşdirilir. Milli valyutanın məzənnəsində qısa müddətli kəskin dəyişmələr bır sira bankların izafi gəlir əldə etməsinə səbəb oldu. Belə kəskin dəyişmələr nə vətəndaşlar, nə də biznes üçün əlverişlidir. Biznes üçün stabil valyuta rejimi çox əhəmiyyətlidir. Buna görə də, palata tərəfindən bu ay valyuta bazarında baş verənlərin araşdırılması üçün xüsusi kommisiyanın yaradılmasına və iki-tərəfli kəskin dəyişikliklərin səbəbləri və bunda maraqlı olan banklar və tərəflərin müəyyənləşdirilməsinə ehtiyac var. Bu həmçinin gələcəkdə yeni spekulyativ müdaxilələrin qarşısının alınması baxımdan vacibdir".
Xatırladaq ki, dolların kursu 1.92-dən 1.72-yə ensə də, son günlər manat yenidən ucuzlaşmağa başlayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...