"Mənzillərin qiyməti düşəcək"
“Bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmaları davam edəcək.”
Bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, real tələb və təklifə əsasən qiymət azalmaları proqnozlaşdırılır: “Bəziləri cəmiyyətə qiymət artımlarının olacağını təlqin etməyə və bununla da süni tələb yaratmağa çalışırlar. Məqsəd sadədir: qiymət artımlarından ehtiyatlanan potensial alıcı daha qısa zaman ərzində mənzil almağa çalışacaq. Bir tərəfədən vətəndaş yüksək qiymətə mənzil alacaq, digər tərəfdən süni tələb yeni qiymət artımlarına yol açacaq. Əvvəllər əmlak bazarında və eləcə də inşaat sektorunda durğunluq manatın bazar dəyəri formalaşdırıldıqdan sonra aradan qalxa bilər. Bu isə o deməkdir ki, bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmaları davam edəcək.”
Vüqar Bayramov son günlər mənzillərin qiymətinin artacağı haqqında xəbərlərin mətbuu orqanlarında yer aldığını qeyd edib: “Oxşar reaksiya 2014-cü ildən müşahidə edilir. 2014-ci ilin ortalarında qiymət azalmalarını proqnozlaşdıran zaman da "spekulyativ qiymət artlmlar" xəbərləri bəzi mətbuu qurumlarda yer alırdı. Hətta bir neçə gün əvvəl "mənzil bazarında ötən il 5 faizlik qiymət artımının olması" barədə xəbərlər yayıldı. Nə qədər maraqlı olsa da, həmin xəbərə inansaq, o zaman, 2016-cı ilin əvvəlində 200 min manata təklif edilən mənzil ilin sonunda 210 min manata satılıb. Bəlkə belə araşdırma aparanlar zarafat edirlər. Demək çətindir. Amma ötən ilin əvvəlində 200 min manata olan mənzili indi nəinki 5 faiz baha heç öz qiymətinə belə satmaq mümkün deyil.”

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub