SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Prezident Bərdəyə üç milyon manat ayırdı

Prezident Bərdəyə üç milyon manat ayırdı

Tarix:

27-03-2018, 08:27

/ 1 165 dəfə oxundu.
Prezident Bərdəyə üç milyon manat ayırdı

Prezident İlham Əliyev Bərdə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Bərdə şəhərində abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Şərhlər

XƏBƏR LENTİ