Azərbaycan bankı Rusiyadakı filiallarını bağlayır
Azərbaycan Beynəlxalq Bankı özəlləşdirmə çərçivəsində Rusiyadakı törəmə şirkəti - "MBA-Moskva”nın bir sıra filiallarını bağlamaq qərarına gəlib.
Söhbət Sankt-Peterburq və Yekaterinburqdakı filiallardan gedir.
Bankdan verilən məlumata görə, həmin filialların bağlanması barədə qərar "MBA-Moskva”nın Moskva regionundakı fəaliyyətinə diqqəti ayırmaq məqsədi daşıyır.
Məlumatda qeyd olunur ki, Sankt-Peterburq və Yekaterinburq filiallarının müştəriləri ilə iş normal rejimdə davam edir. Martın 5-dən başlayaraq həmin filiallar əmanətlərin qəbul olunmasını dayandırıb və ödəniş sistmeləri vasitəsilə pul köçürmələrini həyata keçirmir.
Əmanətlərin qaytarılması isə məhdudiyyət olmadan, adi qaydada həyata keçirilir.
Filialların 2018-ci ilin aprelin 27-dək bağlanması planlaşdırılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...