XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » “Moody's” Azərbaycanla bağlı proqnozlarını açıqladı

“Moody's” Azərbaycanla bağlı proqnozlarını açıqladı

“Moody's” Azərbaycanla bağlı proqnozlarını açıqladı
30-01-2018, 14:54

Neftin qiymətinin hazırkı səviyyəsi Azərbaycan iqtisadiyyatının yumşaq artımını təmin edir. Ortamüddətli perespektivdə neftin qiyməti 40-60 dollar arasında dəyişəcək.

Bu barədə “Moody's” Beynəlxalq Reytinq Agentliyinin MDB ölkələri üzrə bu gün açıqladığı 2018-ci il icmalında bildirilir.

Qeyd edilir ki, neftin qiymətinin hazırkı səviyyəsi Azərbaycan, Rusiya və Qazaxıstan kimi ölkələrin ticarət şərtlərinə müsbət təsir göstərir. Lakin bu ölkələr neftin qiymətinin hazırkı səviyyəsində 2014-cü ilə qədər olan iqtisadi artım tempinə geri dönə bilməyəcək.

“Moody's” bildirir ki, 2018-ci il üçün MDB ölkələrinin müstəqil kredit qabiliyyətliliyi proqnozu sabit olsa da, region, ümumiyyətlə, mənfi şoklara qarşı həssasdır. Maliyyələşmə ilə bağlı vəziyyətin anidən dəyişməsi bir çox MDB ölkəsi üçün ağır nəticələnəcək.

Belə ki, onların bir çoxunda yüksək dövlət borcu, müddəti yaxınlaşan faiz ödənişləri üçün aşağı səviyyədə ehtiyat ayırmaları, borcların əsas hissəsinin xarici valyutada olması və bank sistemində yüksək dollarlaşma problemi mövcuddur.

Agentlik MDB ölkələrində dövlət borcunun ÜDM-də xüsusi çəkisinin 2013-cü ildəki 32%-dən 2018-ci ildə 55%-ə yüksələcəyini proqnozlaşdırır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.