SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Rüfət Aslanlının absurd idarəçiliyi: “Palatanın 5 departamenti nə iş görür?”

Rüfət Aslanlının absurd idarəçiliyi: “Palatanın 5 departamenti nə iş görür?”

Tarix:

17-02-2017, 00:10

/ 1 269 dəfə oxundu.
Rüfət Aslanlının absurd idarəçiliyi: “Palatanın 5 departamenti nə iş görür?”

“Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında bu qurumun təşkilati strukturuna baxıram. Elementar məntiq yoxdur! 6 departamentdən birinin adı "Maliyyə Bazarlarına Nəzarət Departamenti"dir. Yəni Palatanın adı ilə tam eyni. Adama sual verəsən ki, bir departament Palatanın bütün işini görürsə, bəs digərləri nə işlə məşğuldur?”.

Bu sətirləri iqtisadçı-ekspert Əkrəm Həsənov Feysbuk səhifəsində yazıb. Onun bu faktı açıqlaması diqqətimizi çəkib və araşdırmalar aparmışıq.

Həqiqətən də MBNP-nın rəsmi internet səhifəsində təşkilati strukturları absurddur. Bu, həm izafi xərclər yaradır, həm də səmərəsiz şöbələrin saxlanmasıdır.

Hökumət struktur islahatları həyata keçirir. Palata sədri Rüfət Aslanlı isə 6 departamentin işini görən bir departamenti saxlamaq əvəzinə, izafi xərclərə yol verir.

MBNP yaradılmasının səbəbi maliyyə bazarlarında sabitlik yaratmaqdır. R.Aslanlı isə iqtisadi böhran yaşayan ölkədə Nəzarət Departamenti bütün funksiyaları yerinə yetirdiyi halda, 5 artıq department saxlayır.

Büdcə israfçılığına son qoymaq və izafi xərcləri azaltmaq üçün dövlət qurumlarında bəzi şöbələrin ləğvi və birləşdirilməsi nəzərdə tutulur.

Xərclərin optimallaşdırılması və idaretmə aparatının sadələşdirilməsi hökumətin prioritetlərinə daxildir. Bu baxımdan ciddi sosial və iqtisadi əhəmiyyət kəsb etməyən qurumlarn ləğvi, məhdud funksiyalarının başqa qurumlara verilməsi gündəmdədir.

Azərbaycanda daha çevik idarəetmə institutu formalaşdırmaq üçün bir-birini təkrarlayan nazirliklər, dövlət komitələri, universitetlər və digər dövlət qurumları ixtisar olunaraq birləşdirilməlidir.

Bunu açıqlamasında millət vəkili Fazil Mustafa Azərbaycan Prezidentinin Nəqliyyat Nazirliyinin ləğv olunaraq, Rabitə və Yüksək Texnologiyalr Nazirliyi ilə birləşməsi ilə bağlı imzaladığı sərəncamı şərh edərkən deyib.

Onun sözlərinə görə, əgər ölkədə qənatə rejiminə keçmək və çevik idarəetmə mexanizmi yaratmaq istəyiriksə, o zaman ilk növbədə bu islahatlar dövlət strukturlarından başlamalıdır. Ancaq R.Aslanlının rəhbəri olduğu Palatada 5 departament büdcəyə ağırlıq edir.

Şərhlər

XƏBƏR LENTİ