Rövnəq Abdullayev “Total” rəsmisi ilə görüşdü
SOCAR prezidenti Rövnəq Abdullayev Fransanın "Total” şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klementin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycanla gələcək əməkdaşlıq imkanları, o cümlədən "Abşeron” qaz-kondensat yatağının işlənməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
"Total” 2011-ci ilin sentyabrında ilk kəşfiyyat quyusunda aparılan qazma işlərinin nəticələrinə əsasən "Abşeron” yatağında böyük həcmdə hidrokarbon ehtiyatlarının (326 mlrd. kubmetr qaz və 108 mln. ton kondensat) olduğunu təsdiqləyib. "Abşeron” yatağının işlənməsi layihəsinin I mərhələsinə dənizin 450 metr dərinliyində bir quyunun qazılması daxildir. Qazma işlərində üzən yarımdalma qazma qurğusundan istifadə olunacaq. Bu mərhələ çərçivəsində platoda illik 1,3 mlrd. kubmetr, layihənin ikinci mərhələsində isə platoda illik 4 mlrd. kubmetr qaz hasilatı nəzərdə tutulur. Birinci mərhələ çərçivəsində hasil edilən qazın Azərbaycanın daxili bazarına yönəldiləcəyi nəzərdə tutulur.
Qeyd edək ki, "Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total” (50%) şirkətləridir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...