SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Maşın bazarında yeni qayda: - Oliqarxlara qazanmaq imkanı yaradıb

Maşın bazarında yeni qayda: - Oliqarxlara qazanmaq imkanı yaradıb

Tarix:

15-12-2017, 11:14

/ 1 450 dəfə oxundu.
Maşın bazarında yeni qayda: - Oliqarxlara qazanmaq imkanı yaradıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana ümumilikdə 9 828 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 5 008 ədəd və ya 2,04 dəfə artıb. Bu dövrdə ölkəyə 169 avtobus (ötən il 80 olmuşdu), 8 577 minik avtomobilli (ötən il 4 194 olmuşdu), 1 014 yük maşını (ötən il 463 olmuşdu), 68 ədəd xüsusi təyinatlı avtomobil (ötən il 83 olmuşdu) gətirilib.
Komitə bu məlumatı ölkəyə avtomobil idxalının 2 dəfə artması kimi təqdim edir.Amma əslində, bunun satışla heç bir əlaqəsi yoxdur. Yəni, ölkənin maşın bazarında dəyişən heç nə yoxdur. Müşahidələr onu deməyə əsas verir ki, paytaxtda fəaliyyət göstərən maşın bazarında durğunluq yaşanır.Qeyd edək ki, ötən ay Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun artırılacağı ilə bağlı qərar təsdiqləndi.Baxmayaraq ki, yeni qərar yanvarın 1-dən qüvvədə olacaq, amma görünür sahibkarlar bu durumdan faydalanmaq istəyib.
Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar olacaq.
Qeyd edək ki, mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox, lakin 1500 kubsantimetrdən çox olmayan minik avtomobilləri üçün gömrük idxal rüsumu dəyişməyib. Bu kateqoriyalarda təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün isə 0,70 dollardır.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında iki önəmli məsələnin olduğunu diqqətə çatdırıb:

“2016-cı ildə Azərbaycana idxal olunan avtomobillərin sayında kəskin azalma var idi. Keçən ilin fonunda müəyyən artımın olması, nəzərəçarpacaq dəyişikliyin olmasına işarədir.Halbuki maksimal hədlərdə ölkəyə ən çox avtomobil 2011, 2012 və 2013-cü illərdə gətirilib.Həmin dövrlərdə ölkəyə 80-90 min civarında həm yeni, həm də işlənmiş avtomobil idxal olunub.Bu ilki statistik göstəricilər əvvəlki illərlə müqayisədə dəfələrlə aşağıdır.Artım keçən ilə nisbətən qeydə alınıb.Əslində bazarda tələb və təklif arasında ciddi dəyişiklik yoxdur.Hətta alıcıların sayı kifayət qədər aşağı düşüb.Çünki uzun zamandır banklar avtomobil kreditləri verməkdən imtina ediblər.Bu da avtomobil bazarına mənfi təsir göstərib.Digər səbəb bir neçə həftədir müzakirə predmetinə çevrilən ölkəyə idxal olunan avtomobillərin gömrük rüsumunun artırılmasıdır.Burada 75 faizə yaxın ciddi bir artımdn söhbət gedir. Yəni, təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar olacaq”.

Nəyə görə Gömrük Komitəsi rüsumları dollarla hesablayır?

İqtisadçı bunun ciddi suallar doğurduğunu və doğru yanaşma olmadığını qeyd edib: “Belə bir qərarın olması ehtimalı avtomobillərin ölkəyə gətirilməsini sürətləndirdi. Ölkədə avtomobil idxalının artması iş adamları tərəfindən gələn il üçün hazırlıqdır. Əsasən də Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlərin nümayəndəlikləri avtomobil idxalını artırıblar. Ölkəyə ən çox idxal olunan avtomobil markaları “Toyota”, “Kia”, “Mazda”, “Volksvagen”dir. Həmin şirkətlərin yerli nümayəndəlikləri daha çox sayda avtomobil gətiriblər ki, 2018-ci il üçün daha çox gömrük rüsumu verməkdən azad olsunlar. Bu nöqteyi-nəzərdən ölkəyə idxal olunan avtomobillərin sayında ciddi artım var. Əgər gələn ildən yeni qaydalar qüvvəyə minsə və gömrük rüsumları artırılsa, avtomobillərin gətirilməsində ciddi azalma müşahidə edəcəyik. Statistikada göstərilən bu ilki artım gələn ilin hesabına baş verdi”.

Şərhlər

XƏBƏR LENTİ