"NikoilBank" Bakıdakı fəaliyyətini dayandırır - Qərar verilə bilər
Bu ilin yanvarın 17-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi planlaşdırılan “Nikoil Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı təxirə salınıb.
Səhmdarların növbədənkənar ümumi yığıncağı bu ilin fevralın 8-də Birləşmiş Krallıq, London şəhəri, Pikadili 21-də yerləşən “Le Méridien Piccadilly” otelində keçiriləcək.
Yığıncaqda Müşahidə Şurasının, Audit Komitəsinin tərkibinin dəyişdirilməsi, audit komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi, bankın nizamnaməsinin yeni redaksiyada təsdiq olunması məsələlərin müzakirəsi nəzərdə tutulub.
Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallar səhmdarların elektron ünvanlarına göndəriləcək.
Bu arada bank sektorundakı qaynaqlardan daxil olan məlumatlardan aydın olur ki, “Nikoil Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında sözügedən bankın Azərbaycandakı filialları ilə bağlı da qərar veriləcək.
Mənbə iddia edir ki, hətta "NikoilBank" Bakıdakı fəaliyyətini dayandıra da bilər: "Bu barədə qərar verilə bilər ki, bu da məlum böhranla bağlıdır".
Əlavə bilgilər verəcəyik. "NikoilBank" Bakıdakı filialının da mövqeyini öyrənməyə çalışacağıq.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub