XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » Bakıda dollar qırğını: Bu nazirlərin bankları yenə xalqı soyur

Bakıda dollar qırğını: Bu nazirlərin bankları yenə xalqı soyur

Bakıda dollar qırğını: Bu nazirlərin bankları yenə xalqı soyur
10-02-2017, 00:48

Məmurların nəzarətindəki banklar dolların ucuzlaşmasından sui-istifadə edir

Məlumata görə, banklar əhalini yenə soyur.

Bir sıra banklarda dollar 1.68 kursu ilə alınır, 1.85 məzənnəsi ilə satılır. Bu isə o deməkdir ki, bank vətəndaşdan 100 dolları 168 manata alır və elə həmin 100 dolları digər vətəndaşımıza 185 manata satır.

Nəticədə, sadə əməliyyatdan hər 100 dollarda bank 17 manat və hər 1000 dollarda isə 170 manat qazanır. Əgər bank 1000 dolları 1680 manata alıb 1850 manata satırsa bu da süni gəlir hesab edilə bilər. Çünki xərc ilə satış qiyməti arasında kəskin fərq var.

Əslində, uzun müddət bankların dollar satışından əldə etdiyi fərq 4 faizdən də az idi. Buna görə də belə marjanın müəyyənləşdirilməsi "qara bazar”ı stimullaşdırmayacaq.

Banklar dolların alış-satışını saldığı bir vaxtda türk kapitallı "Yapı Kredibank Azərbaycan" isə qeyri-adi satış məzənnəsi elan edib. Bank artıq dolları 2 manatdan baha satır. Belə ki, bank hazırda satışa belə bir məzənnə təyin edib: 2.0504

Məlumata görə, əhali arasında çaşqınlıq, təşviş və çaxnaşma yaradan banklar bu situasiyadan da mənfəətlə çıxmağa hazırlaşır.

Xalqın dərisinə saman təpən bankların bəziləri bağlanıb, bəziləri çökür, bəziləri isə divan tutmaqda davam edir. Milyonlarla insan banklara borcludur. Hazırda iqtisadi böhranın dərinləşməsi əhalini acınacaqlı vəziyyətə salıb və kredit ödənişləri edə bilmirlər.

Təkcə bu linkdə bankların siyahısına nəzər yetirmək kifayətdir ki, hansı nazir və məmurun nəzarətində olduğunu biləsən (http://marja.az/news/2838?title=banklar-dollarin-yeni-alis-satis-qiymetlerini-elan-etdiler-siyahi)

Eldar Mahmudova qohumluğu olan keçmiş deputat Çingiz Əsədullayevin rəhbəri olduğu "AG Bank", sabiq deputat və “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin "Muğan Bank", eyni zamanda nəqliyyat naziri Ziya Məmmədov klanına aid "Bank of Baku", fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən "Access Bank" və “Atabank”, adı fırıldaqlarda keçən Unibank, Rabitəbank, Əmrahbank və s. dolları ucuz alıb baha satmaqla varlanır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.