XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Bu qurum büdcə proqnozunu yerinə yetirə bilməyib

Bu qurum büdcə proqnozunu yerinə yetirə bilməyib

Bu qurum büdcə proqnozunu yerinə yetirə bilməyib
19-10-2017, 11:50

Cari ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 12045,1 mln. manat, xərcləri 12783,7 mln. manat olub, 783,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb.
Maliyyə Nazirliyindən verilən məlumata görə, bu ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 12019,0 mln. manat proqnoza qarşı 12045,1 mln. manat və ya 0,2 faiz çox icra olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1942,0 mln. manat və ya 19,2% çoxdur.
Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1% icra edilməklə, dövlət büdcəsinə 5224,8 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298,5 manat və ya 6,1% çoxdur. Həmin vəsaitin 73,2%-i və ya 3825,8 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2017-ci ilin doqquz ayında Dövlət Gömrük Komitəsi proqnoza 117,8% əməl edərək, dövlət büdcəsinə 1950,4 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 296,6 mln. manat və ya 17,9% çoxdur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 4300,0 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 275,0 mln. manat və ya 6,0% azdır.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 246,7 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 53,8 mln. manat və 27,9% çoxdur.
Sair daxilolmalar üzrə büdcəyə 323,2 mln. manat, bundan 250,0 mln. manat vəsait Mərkəzi Bankın sərbəst mənfəətindən transfert şəklində daxil olub.
Cari ilin iyul-sentyabr aylarında dövlət büdcəsinin mədaxili üzrə 4320,3 mln. manat vəsait daxil olub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.