Avronu satın, dollar alın - "Goldman Sachs":
Dollar ABŞ-ın iqtisadi artım gücü və uçot dərəcəsini artırması gözləntilərinin təsiri ilə son vaxtlar müşahidə olunan möhkəmlənmə prosesini davam etdirəcək.
"Bloomberg" agentliyinə istinadən xəbər veririk ki, bu proqnoz ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankının analitik hesabatında yer alıb. Hesabatda avroya qarşı dollar almaq məsləhət görülüb.
Bankın analitikləri Zax Pandl (Zach Pandl) və Kamakşya Trivedinin (Kamakshya Trivedi) sözlərinə görə, dollar möhkəmlənməyə başlayıb: "Qısamüddətli perspektivdə dolların güclənməsi gözlənilir. Bu səbəbdən USD/EUR-da istiqamətin aşağı olacağını düşünürük".
Pandl və Trivedi avro/dollar məzənnəsinin bu ilin sonuna qədər 1,15 USD/EUR səviyyəsinə kimi geriləyəcəyini proqnozlaşdırırlar. Onlar Avropa səhm bazarının zəif inkişaf edəcəyini ehtimal edirlər. Bununla yanaşı, İspaniyadakı siyasi problemlər, Avstriya və İtaliyada yaxınlaşan seçkilərin avronun məzənnəsinə mənfi təsir edəcəyi proqnozlaşdırılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək