XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » Rövnəq Abdullayev: Azərbaycana on milyardlarla sabit gəlir gətirəcəyik

Rövnəq Abdullayev: Azərbaycana on milyardlarla sabit gəlir gətirəcəyik

Rövnəq Abdullayev: Azərbaycana on milyardlarla sabit gəlir gətirəcəyik
26-09-2017, 17:21

"2016-cı ildə ölkə üzrə 41 milyon tondan artıq neft, 29,3 milyard kubmetr qaz hasil edilib".

Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

O qeyd edib ki, çıxarılmış neftin 7,5 milyon tonu, qazın isə 6,2 milyard kubmetri SOCAR tərəfindən hasil edilib.

"Cari ilin ilkin hasilat göstəriciləri də qənaətbəxşdir", - deyən R.Abdullayev bildirib ki, 2007-ci ildən indiyədək SOCAR-ın aktivlərinin ümumi dəyəri 2 dəfədən çox artıb: "Hazırda həyata keçirdiyimiz layihələrin başa çatdırılması Azərbaycana on milyardlarla sabit gəlir gətirəcək, ölkəmizin davamlı inkişafına, xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edəcəkdir".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.