Dollar ilin sonuna qədər 4 faiz möhkəmlənə bilər
ABŞ dollarının əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsi 2017-ci ilin sonuna qədər 4%-ə yaxın möhkəmlənə bilər.
Dolların möhkəmlənməsi üçün bir sıra səbəb yaranıb. Birincisi, dollar avro ilə müqayisədə bu ilin əvvəlindən həddindən artıq çox - 14,8% ucuzlaşıb. Belə bir ucuzlaşma üçün isə heç bir əsaslı səbəb yoxdur.
İkincisi, ABŞ-da uçot dərəcəsi hazırda 1-1,25% olduğu halda, Avropada 0% təşkil edir. FED balansını azaltmağa başlayarsa, Avropa Mərkəzi Bankı hələ monetar stimullaşdırmanı davam etdirir.
Üçüncüsü, FED-in ilin sonuna qədər uçot dərəcəsini bir dəfə də artırma ehtimallarının artması və 2018-ci ilin əvvəlindən balansını daha sürətlə azaltmağa başlayaraq maliyyə bazarlarında dollar qıtlığı yaradacağı amilidir.
Dördüncüsü, Almaniyada dünən keçirilən parlament seçkilərinin nəticələrinin avro üçün yaratdığı təhlükədir. Belə ki, siyasi tənqidçilər yaranan koalisiya hökumətinin 4 il sonra keçiriləcək növbəti seçkilərə qədər davam etməyəcəyini düşünürlər.
"Sadalanan amillərin avronu ucuzlaşdıracağı, dolları möhkəmləndirəcəyi proqnozlaşdırılır. 2018-ci ilin əvvəlində dolların yenidən bir qədər ucuzlaşması gözlənilsə də, II yarımillikdən etibarən möhkəmlənmə prosesinin sürətlənərək avronun məzənnə paritetindən aşağı düşməsi ehtimal edilir", - deyə "Report"un analitikləri əlavə ediblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...