SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Vahid Əhmədov: “Açıq şəkildə millətə demək lazımdır ki…”

Vahid Əhmədov: “Açıq şəkildə millətə demək lazımdır ki…”

Tarix:

2-02-2017, 16:31

/ 3 518 dəfə oxundu.
Vahid Əhmədov: “Açıq şəkildə millətə demək lazımdır ki…”

“Strateji yol xəritəsinin həyata keçirilməsi üçün bir sıra addımlar atılmalıdır, qanunlar qəbul olunmalıdır. Amma çox təəssüflər olsun ki, bu qanunlar gündəliyə salınmır. Birincisi maliyyə nəzarəti haqqında qanunun qəbuludur”. Deputat Vahid Əhmədov bunu Milli Məclisdəki müzakirələr zamanı söyləyib.
O, bildirdi ki, əgər biz korrupsiya və rüşvətxorluğun müəyyən qədər aradan qaldırılmasını istəyiriksə, bu qanunun qəbulu çox mühümdür: “Maliyyə Naziriliyi də dəfələrlə deyib ki, bu qanunun üzərində işləyirlər. Ancaq bir neçə ildir ki, bu qanun Milli Məclisə daxil olmayıb. Xahiş edirəm, bu qanun gündəliyə salınsın”.
V.Əhmədov dedi ki, qəbulu zəruri olan ikinci qanun Rəqabət Məcəlləsidir: “Bu layihə iki dəfə Milli Məclisdə müzakirə olundu. Amma sonradan Rəqabət Məcəlləsi hara getdi, necə oldu, xəbərim yoxdur. Əgər bu qanun qəbul olunmayacaqsa, açıq şəkildə millətə demək lazımdır ki, Azərbaycanda heç bir rəqabət olmayacaq. Nəyə görə biz ölkədə rəqabətin olmasını istəmirik, məqsəd nədir? Azərbaycanda monopoliyanı aradan qaldırmaq lazımdır. Bütün dünyada bu qanun qəbul olunsa da, Azərbaycanda qəbuı olunmur. Hansı qüvvələrdir ki, bu qanunun qəbul olunmasına mane olur? Cənab prezidentin atdığı addımlar əhali tərəfindən yüksək qiymətləndirilir. Mən də millət vəkili olaraq Strateji yol xəritəsinin qəbulunu çox yüksək qiymətləndirirəm. Biz bu sənəddə əksini tapan müddəaları həyata keçirsək, problemlərin həllinə nail ola bilərik”.
Spiker O.Əsədov dedi ki, qanunun təşəbbüskarı iki müzakirədən sonra layihəni saxlayıb, geri qaytarıb: “2008-ci il böhranından sonra vəziyyət dəyişib və qanuna düzəlişlər etmək zərurəti yaranıb. Nə vaxt parlamentə daxil olacaqsa, onda da müzakirə edəcəyik”.
V.Əhmədov əlavələr etmək istədikdə, spiker “Xahiş edirəm, yerindən danışma, mən qulaq asdım, sənin də hövsələn olsun, qulaq as”, – deyə, reaksiya verdi.

Şərhlər

XƏBƏR LENTİ