XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » Azərbaycan neftinin qiyməti cüzi azalıb

Azərbaycan neftinin qiyməti cüzi azalıb

Azərbaycan neftinin qiyməti cüzi azalıb
11-12-2025, 09:56

 
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.09 ABŞ dolları və ya 0,14% azalaraq 65,23 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,32 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.