Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemləri qurulur - Video
Azərbaycan enerji sektorunda yeni mərhələyə qədəm qoyur. Ölkədə bərpa olunan enerji mənbələrinin (BOEM) sürətli inkişafı üçün böyük miqyasda Batareya Saxlanc Sistemləri (BESS) yaradılmasına başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, “AzərEnerji” tərəfindən paytaxta yaxın 500 kilovoltluq “Abşeron” yarımstansiyasının və ölkənin mərkəzi hissəsində yerləşən 220 kilovoltluq “Ağdaş” yarımstansiyasının ərazisində ümumilikdə gücü 250 meqavat tutumu 500 meqavat saat olan Batareya Saxlanc Sistemləri yaradılır.
Hazırda yerlərdə lazımi tikinti işləri görülür və elementlərin sifariş əsasında istehsal edilərək sahəyə gətirilməsi üzrə işlər aparılır. Bu həcmdə sistemlərin tətbiqi təkcə Azərbaycanda deyil, bütövlükdə MDB məkanında ilk olacaq.
Batareya Saxlanc Sistemlərinin yaradılması enerji sistemin dayanıqlığının yüksəldilməsi, tezliyin stabilliyi, BOEM-lərdə kəsintilərinin azaldılması, aktiv güc çatışmazlığının kompensasiyası, pik yüklərin qarşılanması, günəşin batma saatlarında yük qrafikinin hamarlanması, qəza zamanı enerjisistemin sıfırdan bərpası baxımından olduqca əhəmiyyətlidir. Bu sistemlərin tətbiqi Azərbaycanın enerji müstəqilliyini möhkəmləndirməklə yanaşı, həm də enerji sistemimizin qonşu ölkənin sinxron zonası ilə paralel və ada rejimlərində etibarlı işləməsini təmin edəcək.
Qeyd edək ki, 2027-ci ilə qədər ölkədə yaradılacaq 2 Qiqavat gücündə günəş və külək stansiyalarını şəbəkəyə inteqrasiya etmək məqsədilə “AzərEnerji” tərəfindən hazırda genişmiqyaslı proqram həyata keçirilir. Proqram çərçivəsində enerji saxlanc texnologiyalarının tətbiqi ilə yanaşı ölkədə əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün Respublikanın ən böyük yarımstansiyalarından biri - 500/330 kV-luq “Nəvahi” Enerji Qovşağı tikilir və ordan Respublikanın müxtəlif istiqamətlərinə 500 və 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətləri çəkilir, rəqəmsallaşma və şəbəkə idarəetməsinin təkmilləşdirilməsi məqsədi ilə kompleks işlər görülür. 

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub