Qızılın qiyməti 3500 dollara yaxınlaşdı
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin iyun ayında tədarük olunmaqla qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək unsiyası 3 435 dollar həddini keçib.
Bakı vaxtı ilə saat 17:08-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1,25% artaraq unsiyası 3436,6 dollar təşkil edib.
Eyni zamanda, Londonun ICE birjasında "Brent" markalı neftin 2025-ci ilin iyun ayına olan fyuçerslərinin qiyməti 1,03% ucuzlaşaraq bir barel üçün 66,37 dollar olub. Bu ilin iyun ayında tədarük ediləcək "WTI" markalı xam neftin fyuçerslərinin qiyməti də 0,98% ucuzlaşaraq 62,42 dollar/barelə bərabər olub.
Qeyd edək ki, bundan əvvəl də qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu təzələyərək 3400 dollardan yuxarı qalxmışdı.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub