Xalq artisti məhkəməyə verildi - 300 min manat təzminat...
ADO teatrı Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Məliki məhkəməyə verib.
Bu barədə ADO teatrının meneceri Kamal Aken məlumat verib. Onun sözlərinə görə, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunub: “Biz həmçinin Ramiz Məliklə yanaşı həmin teatrın rejissoru Əlif Cahangiri də məhkəməyə vermişik. ADO teatrının rəhbəri və əməkdaşları Əlif Cahangirlinin təhdidləri ilə üz-üzədir. Bu məsələdə teatrı hüquqşünas Samirə Ağayeva təmsil edir. Ümid edirik ki, yaxın günlərdə müraciət araşdırılacaq”.
Kamal Aken aktyor Ramiz Məlik və teatrın rejissoru Əlif Cahangir Facebook sosial şəbəkəsində ADO teatrının və teatrın rəhbərinin ünvanına təhqiramiz fikirlər səsləndirdiyini vurğulayıb: “Daha sonra Əlif Cahangirli media vasitəsilə yazı yazaraq təhqirlərini davam etdirib. Bütün bunlar teatrın imicinə, onun rəhbərinin işgüzar nüfuzuna xələl gətirir, bütün bu təhqirlər şərəf və ləyaqətin alçaldılmasına yönəlib.”
ADO onların ünvanına təhqiramiz fikirlər səsləndirdiyinə görə, qarşı tərəfdən təzminat da tələb edib: “Məhkəmə iddiasında “üzr istəmək” tələbi ilə yanaşı dəymiş mənəvi ziyana görə 300 min manat təzminat tələbi də irəli sürülüb. Baş vermiş məsələdə aktyorların heysiyyatına toxunulub və mülki qaydada qaldırılmış işdə qanun çərçivəsində cəzanın kəsilməsinə nail olacağımıza inanırıq. Hesab edirik ki, bütün bu məsələlərin arxasında Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətov dayanır.”

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub