Azərbaycan xalçaları beynəlxalq sərgidə
Almaniyanın Hannover şəhərində keçirilən DOMOTEX beynəlxalq satış sərgisində “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) də iştirak edir.
“Azərxalça” ASC-dən bildirilib ki, ölkəmiz sərgiyə Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələri - İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Təbriz, Gəncə, Quba, Şirvan və Qazax-Borçalı xalçaları ilə qatılıb. İlk dəfədir ki, Hannover sərgisində iştirak edən “Azərxalça”nın məhsulları iştirakçılar tərəfindən böyük maraq və heyranlıqla qarşılanır.
Yanvarın 17-dək davam edəcək sərgidə “Azərxalça” ASC-ni sədr müavini Orxan Rzayev təmsil edir.
Xatırladaq ki, DOMOTEX beynəlxalq sərgisi ilk dəfə 1989-cu ildə keçirilib. O vaxtdan indiyədək hər il dünyanın xalçaçılıq sahəsinin aparıcı istehsalçıları, topdan və pərakəndə satış təmsilçiləri, interyer dizaynerləri, memarlar Almaniyanın Hannover şəhərində keçirilən ənənəvi xalça satış sərgisində bir araya gəlirlər. DOMOTEX xalça bazarının müasir vəziyyətini, bu sahədə olan texnoloji nailiyyətləri öyrənmək baxımından geniş imkanlar yaradır.



Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub