Pul əl çirkidir deyənlərin başı işləmir - Ağadadaş Ağayev
"Deyirlər, pul əl çirkidir. Bunu deyənin başı işləmir. Necə əl çirkidir? Pul cəsarət verir, cəsarətləndirir. Pulsuzluq qüssə verir. Sevgilini özgələrə yar edir. Atanın, ananın gözündən düşməyə vasitədir. Etmək istədiklərinin hamısı pulladır. Əsas odur onun qulu olmayasan. Pul ancaq nəfsinə xidmət edəcəksə, səni ölümə aparacaq".
Bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Həftənin qonağı" proqramında deyib. Müğənni yığdığı kolleksiyadan danışıb:
Ətraflı
"Rəssamlığı sevmişəm, amma musiqini seçdim. Evdə oturub cızma-qara etmişəm. Evimdə çoxlu əsərlər var. Azərbaycanda indi rəssamlar döymə əsərlər edir. Mənim evimdə isə 40 ildir döymə əsərlər var. 250-300 il yaşı olan antiq əşyalarım var. Hara getmişəmsə, oradan almışam. Dostlarım hədiyyə göndərib".
A.Ağayev var-dövlətindən, şadlıq evindən söz açıb. O bildirib ki, şadlıq evi indi mərasim zalı kimi fəaliyyət göstərir:
"Qızımı ora-bura müalicəyə aparırdım. Məcbur idim, işin başında deyildim. Arendaya verdim. 15 il icarəyə verdim. Bir gün icarə verən adam dedi mərasim zalı olsun? Dedim, pulunu ödəyirsən, nə istəyirsən et. Obyektlərim var. Öz-özünə yaranıb. Şirkət açmışdım, "Ağadadaş MMC". O qədər pulum olub ki, xərcləməyə yerim yox idi. Sovetin dövründə çox pulum var idi. Altında nə qədər pulun var, heç nə ala bilməzsən. Yoxlayırdılar. Bahalı mağazaya girirdim. Halbuki heç kimi ora buraxmırdılar. Brend almağa meyilli idim. Polislər girirdi içəri ki, haradan qazanmısınız pulları? Bakıda o qədər ev almışdım. Hətta bir binanın bir blokunu bütöv almışdım. Ən əsası evində qızıl saxlamalısan. Amma hər başın dara girəndə gedib bir külçə qızılı götürüb satmamalısan" (Axşam.az)

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub