“Məndən üzr istəsinlər, yoxsa polisə müraciət edəcəyəm”
Əməkdar artist İlkin Əhmədova "7 Tamam" proqramında sürpriz edilərək, üçüncü övladının dünyaya gələcəyi haqda məlumat verilib. Xəbəri efirdə öyrənən muğam ifaçısının bu görüntüləri sosial şəbəkədə tənqid edilib.
İlkin Əhmədov məsələyə aydınlıq gətirib.
O bildirib ki, verilişdə ona qarşı edilən bu sürprizə çox əsəbiləşib: "Proqramın prodüseri olan xanım mənə yazdı ki, sizə necə sürpriz edək? Mən də razılaşmadım, dedim ki, mənə heç nə etməyin. Gediblər mənim razılığım olmadan ailəmin nömrəsini tapıb, anama, bacıma, həyat yoldaşıma zəng ediblər. Hamıya da yalvarıb ki, İlkin bilməsin. Niyə, məqsəd nədir? Əgər mən sizə icazə vermirəmsə, niyə üstümdən aşıb bu dərəcədə irəli getdiniz?
Sürpriz efirin sonunda oldu. Orada tamaşaçıya hörmətsizlik olmasın deyə, proqramı tərk etmədim. Verilişin sonuna kimi soruşdum ki, nədir sürpriz? Dedilər, sizə xeyir olan bir şeydir, narahat olmayın. Mən belə şeylərə yol vermirəm. İnsanlar niyə məni tənqid etməlidirlər?".
İfaçı qeyd edib ki, qarşı tərəf ondan üzr istəməsə, polisə müraciət edəcək: "Qəti fikrimdir, ərizəm də hazırdır. Mənə açıqlama versinlər ki, niyə bunu ediblər, ailəmin nömrəsini haradan tapıblar? Çıxıb hər yerdə məndən üzr istəsinlər. Yoxsa polisə müraciət edəcəyəm".(Axşam)

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub