SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Relaks” İstirahət Mərkəzində biabırçılıq- OTAQDAN İLAN ÇIXDI -FOTO

“Relaks” İstirahət Mərkəzində biabırçılıq- OTAQDAN İLAN ÇIXDI -FOTO

Tarix:

17-08-2019, 00:32

/ 1 516 dəfə oxundu.
“Relaks” İstirahət Mərkəzində biabırçılıq- OTAQDAN İLAN ÇIXDI -FOTO

Lerik rayonunda yerləşən çox məşhur istirahət mərkəzində həm təhükəli, həm də çox biabırçı hadisə yaşanıb. Belə ki, istirahət üçün “Relaks” İstirahət Mərkəzinə üz tutmuş ailə iki gün sonra otaqda ölü ilan olduğunu görüb şok keçirib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə hadisənin şahidi olan Aytən Əliyeva məlumat verib.

Şikayətçi bildirir ki, o ailə üzvləri ilə birlikdə dincəlmək üçün iki günlük Lerikdəki “Relaks” İstirahət Mərkəzinə gedib. “VİP Duplex kotecdə gecələdik. Gəldiyimiz gündə otaqda qoxu olduğunu hiss etsək də, buna əhəmiyyət vermədik. Düşündük ki, bəlkə əşyaların üstünə nəsə tökülüb, onun iyidir”.

Aytən Əliyeva yazır ki, gəldikləri ikinci günü otağa gəldikdə isə dəhşətli mənzərənin şahidi olublar. “Otağa girdikdə gördük ki, bir siçan və bir ilan yan-yana uzanıb. İkisi də ölmüş vəziyyətdəydilər. Kağız yapışqanlı olduğu üçün ilan hərəkət edə bilməyib. Orada qalıb və ölüb”.

O deyir ki, məsələ ilə bağlı etirazımızı istirahət mərkəzinin rəhbərliyinə bildirdiblər. “Telefonla bizimlə danışdı. Etirazımızın qarşılığında Lerikdə olmadığın deməklə kifayətləndi. Uşaqla gəldiyin istirahətdə belə təhlükəli vəziyyətlə özləri qarşılaşsaydılar görəsən, hansı reaksiyanı verərdilər? VİP adı ilə insanlara belə təhlükə sırıyırlar”.

JAMAZ.İNFO

Şərhlər

XƏBƏR LENTİ