İstirahət Mərkəzində “isti” və “rahat” soyğunculuq – Foto
Xəzri ailəvi istirahət mərkəzi xidməthaqqı üçün əlavə 22 manat pul alıb.
Xəzri ailəvi istirahət mərkəzinə üz tutan müştərilər burada özbaşınalıqla qarşılaşıb. Belə ki, axşam yeməyi yeyən müştəriyə 73 manat hesab yazılıb. Məsələnin maraqlı tərəfi isə xidməthaqqı adı ilə müştərilərə əlavə 22 manat pul qeyd edilib. Müştərilər redaksiyamıza məlumat verərək bildiriblər ki, bununla bağlı istirahət mərkəzinə iradlarını bildirsələr də onların iradı qəbul edilməyib. Fotoşəkili isə sosial şəbəkədə yayan müştərilər qeyd ediblər ki, Xəzri ailəvi istirahət mərkəzi onları aldadaraq əlavə 22 manat hesab yazıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, bu hallarla qarşılaşan müştərilər təəssüflər olsun ki, heç bir quruma müraciət edə bilməzlər:
“Azərbaycanda qiymətlərə nəzarət edən konkret qurum yoxdur. İstənilən biznes qurumu öz siyasətinə uyğun qiymət təyin edə və sata bilər. Azad bazar iqtisadiyyatında qiymətlərin tənzimlənməsi deyə bir mexanizm yoxdur. Sahibkar istədiyi qiyməti asanlıqla təyin edir. Vətəndaş şikayətçi olsa belə onun şikayətinə baxılmayacaq”.
Məsələ ilə bağlı Xəzri ailəvi istirahət mərkəzi ilə əlaqə saxlasaq da onlar açıqlama üçün vaxtlarının olmadığını əsas gətirərək dəstəyi asıblar.
Bizimyol.info


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək