SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İcra başçısının oğluna yüksək vəzifə verildi

İcra başçısının oğluna yüksək vəzifə verildi

Tarix:

2-08-2019, 17:52

/ 1 247 dəfə oxundu.
İcra başçısının oğluna yüksək vəzifə verildi

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinə yeni direktor təyin olunub.
Bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai Sevindik oğlu Hətəmov 3 saylı “ASAN xidmət” mərkəzinin direktoru təyin edilib.

O, bu təyinata qədər həmin mərkəzin direktor müavini vəzifəsində çalışıb. Eyni zamanda 2018-ci ilin may ayından 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsini icra edib.

Qeyd edək ki, X.Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun oğludur. Azərbaycan Prezidenti İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə “ASAN xidmət” işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Xatırladaq ki, 2018-ci ilin may ayında 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin direktoru Seymur Mövlayev işdən çıxıb. O, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında “Aqrolizinq” ASC-nin sədri təyin edilib. S.Mövlayev 2019-cu ilin yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) sədr təyin olunub.

Şərhlər

XƏBƏR LENTİ