XalqXəbər.Az

Goranboyda icra başçısı ortalarda görünmür... - Şikayətçilər isə qapıdan qovulur...

Goranboyda icra başçısı ortalarda görünmür... - Şikayətçilər isə qapıdan qovulur...
22-10-2019, 12:37

Redaksiyamıza göndərilən bir qrup Goranboy rayon sakininin müraciətində deyilir ki, rayonun icra başçısının qəbuluna düşmək əməlli-başlı cəncələ çevrilib.

Sakinlər dia.az-a yazır: "Heç olmasa əvvəlki başçı ara-sra da olsa camaatın arasına çıxır, şikayətləri dinləyirdi. Məhərrəm Quliyev isə başçı gələndən onun qəbul günləri ümumiyyətlə keçirilməyib. Bir-iki dəfə səyyar qəbul keçirdi, İşi bunla bitmiş oldu. Başı bərk qarışdığından, daha çox yerli sahibkarlara divan tutmaqla ad çıxardığından, işi-gücü də bundan ibarət olduğundan şikayətçi dinləməyin də marağında deyil".

Sakinlər yazır ki, dünən başçının qəbluna düşmək istəyən bir neçə şikayətçi RİH-in binası qarşısından zorla uzaqlaşdırılıb: "Hər günümüz belədir. Əgər bu adam goranboylularla maraqlanmayacaqdısa, nədən bizim rayona rəhbər gəlirdi..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.