SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Gəncə Lokomotiv Deposunda sular durulmur ki, durulmur

Gəncə Lokomotiv Deposunda sular durulmur ki, durulmur

Tarix:

20-09-2019, 13:41

/ 1 281 dəfə oxundu.
Gəncə Lokomotiv Deposunda sular durulmur ki, durulmur

Bir neçə gün bundan öncə Gəncə Lokomotiv Deposuna İsmayılov Ramil Qəhrəman oğlu yeni rəis təyin olunur.

O, vəzifəsinin icrasına başlayan kimi, İslam Əsgərova və Sabit Qasımova yeni vəzifə verməklə, ilk addımını atmış oldu. Atılmış addımın nəticəsi olaraq Gəncə Lokomotiv Deposunda yeni narazılıqlara, giley-güzarlara, qalmaqallara “start verildi”. Sabit Qasımov özünü hər kəsə işgüzar, təyin olunduğu sahəyə “can yandıran” bir şəxs kimi göstərsə də, əslində bu şəxsin keçmişi qaranlıq məqamlarla doludur. Bütün zamanlarda onun adı “mis əməliyyatları”nda, daha sonra isə saxta profilli sosial şəbəkələrdə dəmiryolçuları şantaj və təhdid etməkdə hallanıb. Bütün bunlara baxmayaraq, görünür “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində bəzi vəzifə sahibləri, keçmişi qaranlıq məqamlarla dolu olan bu “peşəkar”ın iş qabiliyyətinə yenidən ehtiyac duyulduğu qənaətinə gəliblər.
Onu da qeyd edək ki, sabiq rəis İslam Əsgərovun Gəncə Lokomotiv Deposundan uzaqlaşdırılmasının başlıca səbəbi, məhz adı çəkilən bu şəxsin şərəf və ləyaqətinin sosial şəbəkələr vasitəsilə təhqir olunması oldu. Bu haqda əksər dəmiryolçular məlumatlı olsalar da, nədənsə hüquq-mühafizə orqanı əməkdaşları hələ də belə bir qənaətə gələ bilmirlər. Odur ki, əksər dəmiryolçular buna görə də susmağa üstünlük verirlər. Zaman-zaman Sabit Qasımovun adı bir çox cinayət xarakterli əməllərdə də hallanıb. Buna baxmayaraq, o, hər dəfə “sudan quru çıxmağı” bacardığından, “ADY” QSC-nin rəhbərliyində olanlar üz-üzə qalacaqları “baş ağrı”sından çəkinərək, bu şəxsə vəzifə vermək qənaətinə gəlirlər. İşin maraqlı tərəfi, hətta sual doğuracaq halı isə ondan ibarətdir ki, bu gün dəmir yolunda yeni-yeni peformalar həyata keçirilsə də, bu sahənin peşəkarlara həvalə olunmasının zamanı çatsa da, hələ ki, dəmiryolu sahəsində peşəkarlara deyil, şoumenlərə üstünlük verilməkdədir. Odur ki, belə bir halın varlığı peşəkar dəmiryolçuları, hətta dövlətinə, xalqına bağlılığı ilə seçilən məmurları da olduqca düşündürür.

Bir faktı da qeyd edək ki, bir müddət bundan öncə, yəni Ramil İsmayılov rəis təyin olmazdan əvvəl Sabit Qasımov, pul almaq məqsədilə Gəncə Lokomotiv Deposunun həmkarlar təşkilatının keçmiş və indiki sədrlərini şantaj etmişdi. Elə ki, Ramil İsmayılov yeni vəzifəsinin icrasına başladı, o halda “sosial şəbəkə xəstəsi” adı ilə tanınan, şər-böhtan atmağı ustalıqla bacaran Sabit Qasımovun yenidən iş başına qayıtmasını hər kəs, bu sahəyə bəxş edilən “yeni nəfəs” kimi deyil, “köhnə hamam köhnə tas” kimi dəyərləndirdilər. Görünür “ADY” QSC-də dəmiryolçulara qarşı baş alıb gedən məmur özbaşınalığına son qoyulmasını, biçarə dəmiryolçular hələ uzun müddət gözləməli olacaqlar. Sabit Qasımov Gəncə Lokomotiv Deposunda vəzifəsinin icrasına başladığı ilk gündən kimlər kimisə söydü, kimlər kiminsə üzünə durdular, kimlər kimlərdən heyf çıxmaq üçün “start düyməsi”ni başdılar. Belə bir halların varlığı da, məhz kadr islahatının hansı səpkidə aparıldığını aşkara çıxarmış oldu.
Davamı var.

Gundemxeber.az

Şərhlər

XƏBƏR LENTİ