XalqXəbər.Az

Şamaxıda direktordan şəhidə hörmətsizlik – Foto

yüklənir...
Şamaxıda direktordan şəhidə hörmətsizlik – Foto
12-09-2019, 10:49
yüklənir...

Şamaxının Sabir qəsəbəsində orta məktəb direktoru Gülnurə Babaşova növbəti dəfə xoşagəlməz faktla gündəmə gəlib. Onun tərəfindən şəhid A.Alxanova hörmətsizliyin fotoları yayılıb.

Reportyor.info-nun məlumatına görə, A.Alxanov adına həmin məktəbin həyətində şəhidin heykəlinin qarşısında heyvanlar gəzişir.

Şəkillərdən görünür ki, inəklər məktəbin həyətinə daxil olub, şəhid abidəsinin önündə dolaşırlar. Ümumiyyətlə, şəhid büstü baxımsızdır, ətrafının abadlaşdırılmasına ehtiyac olduğu görünür.

Məktəbin direktoru G.Babaşovanı isə belə məsələlər maraqlandırmır. Lakin unudur ki, şəhidlər qürurumuzdur, xalq və torpaq uğrunda canlarını fəda ediblər. Direktor isə bu mənzərəyə tamaşa etməkdədir.

Yada salaq ki, G.Babaşova müəllimlərə maşın yuduzdurması videosu və xərac yığdırması, müxtəlif qanunsuz hərəkətlərə yol verməsi ilə gündəmə gəlmişdi.




yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.