SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Saatlını kim idarə edir: Nazim İsmayılov yoxsa?.. - İTTİHAM DOLU GİLEY

Saatlını kim idarə edir: Nazim İsmayılov yoxsa?.. - İTTİHAM DOLU GİLEY

Tarix:

22-08-2019, 10:48

/ 1 032 dəfə oxundu.
Saatlını kim idarə edir: Nazim İsmayılov yoxsa?.. - İTTİHAM DOLU GİLEY

"Cənab prezident, Saatlı RİH başçısının birinci müavini İlham Quliyev Saatlı rayonunda necə illərdir ki, sözün həqiqi mənasında at oynadır. Onun "fironlugu" kitab-dəftərə sıgmaz. Necə illərdir İ. Quliyev deyir ki, rayonun başçısı da mənəm, rəisi də, məhkəməsi də…

Cənab prezident, rayonda olan problemlər və İ. Quliyevin qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə Sizə müraciət etmişəm. Bu video - müraciətimi də Sizə ünvanlamaqla əlavə olaraq bildirmək istəyirəm ki, İ. Quliyev dövlət vasitəsilə özünə biznes qurmağı da yaddan çıxarmayıb. Dövlət vəsaiti ilə biznes quran birinci müavin nəinki Azərbaycanda, hətta Türkiyədə belə gələcəyi üçün gün ağlamağı yaddan çıxarmayıb. Əgər obyektiv araşdırma aparılsa İ. Quliyevin il ərzində gömrük və sərhəd xidmətindən neçə dəfə istifadə etməsinin şahidi olacaqsınız."

Mohtərəm oxucular, Saatlı rayonu, Qıraqlı kənd sakini, jurnalist SURXAY CAHANGİRİN sizə təqdim etdiyimiz video-müraciətə diqqətlə baxın. Dəhşətli faktlar, iddialar rayonda nə baş verdiyinə əyani sübutdur. Dogrudan da Saatlı bu gün barıt cəlləyinə bənzəyir. Ümidvarıq ki, aidiyyatı dövlət qurumları məsələyə ciddi yanaşacaqlar. Yoxsa bir cınqı kifayətdir ki...


Şərhlər

XƏBƏR LENTİ