XalqXəbər.Az

 Şəmkirdəki PROBLEMİN KÖKÜ... - hardan qaynaqlanır...

yüklənir...
 Şəmkirdəki PROBLEMİN KÖKÜ... - hardan qaynaqlanır...
13-04-2019, 23:46
yüklənir...

Şəmkirdə sakinlərin kartof etirazına qalxmasının dərin kökləri var. Camaat yerli idarəçilik sisteminin anormallığına kartofa tətbiq olunan rüsum üzərindən etiraz edib. İcra başçısı Alimpaşa Məmmədovun Şəmkirdə yaşayışı dözülməz edən hərəkətləri bu gün də davam edir. Hər iclasda “mən rüşvət almıram” deyib sinəsinə vuran A.Məmmədovun iş prinsipini hər kəs bilir.

Bəli, Alimpaşa Məmmədov yalan danışmır. Alver məsələlərinə onun birinci müavini baxır. Şəmkirdəki maral fermasının saxlanılmasına hər ay idarə və təşkilatlardan, bələdiyyələrdən toplanan məbləğlərə Alimpaşa Məmmədovun əli dəymir. Amma onun göstərişi olmadan həmin məbləğlərin toplanması mümkün olardımı?

Pullar marallar üzərində “yuyulur”. Marallar rüşvət şəkilində toplanan yemdən yeyib kökəlir, balalayır, sayları artır. Maral sürüsü əmələ gəlir. Sahibi də Alimpaşa Məmmədovdur. Şəmkirdəki kartof etirazından sonra mərhum Vüqar Həşimovun adına şahmat turniri keçirilib.

Tədbiri qatılanlar sırasında Prezident Adminstrasiyasının Qərb bölgəsinin üzrə kurator da gəlib. Həmin günlərdə Alimpaşa Məmmədov Şəmkirin kənd və qəsəbələrindən gələn şikayətçiləri icra hakimiyyətinə yaxın gəlmələrinə imkan verilməməsi göstərişi verib. Bu qadağanı şahmat turniri ilə əlaqələndirsə də, faktiki olaraq idarəçiliyindən narazı olan şikayətçilərin PA rəsminin gözündən yayındırmaq üçün etdiyini də Şəmkirdə hər kəs bilir.

Şəmkirdə vəziyyət ağırdı. Təcili tədbirlər görülməlidir. İcra hakimiyyətinə hər gün yüzlərlə vətəndaşlar gəlir, problemləri həll edilmədən geri qaytarılırlar. Narazıların sayını artırmaq Alimpaşa Məmmədovun iş prinsipinə çevirilib. Zəyəmdə sakinlərə bir neçə il əvvəl Alimpaşa Məmmədovun qeyri-rəsmi göstərişi ilə sanballı “şirinlik”lə paylanılan torpaqlar başçının ərazi idaretmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev tərəfdən geri alınır, üzərilərində tikilən evlər dağıdılır.

Alimpaşa Məmmədov Şəmkiri Dəryaçaydan idarə edir. Oradakı əhalinin içməli su anbarını özünün balıqçılıq fermasına çevirib. Su anbarında qızıl balıq cinsindən olan forel balığı bəslənilir. “Azforel” balıqçılıq şirkətinin yetişdirdiyi balıqlara verilən kimyəvi tərkibli yem suya qarışır, balıqların təbii ehtiyacları da axarla Aşağı Seyfəli və digər kəndlərə çatır. Sakinlər balıq tullantıları və kimyəvi qarışıqlı su içmək məcburiyyəti ilə üz-üzə qalırlar. Həmin kəndlərin sakinlərinin etirazlarını da Alimpaşa Məmmədov “eşitmir”.

Bu günlərdə mətbuatda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Şəmkirdə böyük əməliyyat tədbiri həyata keçirilməsi haqda məlumatlar yayıldı. Əməliyyat zamanı bir ildən artıq müddətdə 36 fəhlənin əmək haqqını hər ay alıb cibinə qoyan Rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyev saxlanılıb. İş yerində və evində aparılan yoxlamalar zamanı Teymur Hacıyevdən ümumilikdə 70 ədəd maaş kartı götürülüb. Həmin kartlaırn 36-sı fəaliyyətdə olub. Aydın olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonuna “DOST” mərkəzi xətti ilə 500 nəfərin işlə təminatını həyata keçirir. Teymur Hacıyev də həmin fəhlələrin kartlarını əllərində almaqla pulları “Kapitalbank” filiallarından özü çıxarıb. İstintaqçılar bunu sübut edən videoları da “Kapitalbank” filiallarında quraşdırılan bankomatların yaddaşlarından çıxarıblar. Həmin videolarda Teymur Hacıyevin müxtəlif vaxtlarda bankomatlardan fəhlələrin pulunu çıxarıb cibinə qoyduğu görünür. Əməliyyatdan sonra saxlanılan T.Hacıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparılıb. Məsələyə Alimpaşa Məmmədov qarışandan sonra Teymur Hacıyevi açıb buraxıblar. Alimpaşa Məmmədov birinci müavini vasitəsi ilə ona çatdırıb ki, məsələni həll edəcəklər, narahat olmasın.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Şəmkirlə əlaqəli daha bir cinayət işi ötən ilin oktyabrında başlanılıb. Hesablama Palatası Şəmkir rayon Səhiyyə İdarəsində apardığı yoxlamalar zamanı büdcə vəsaitinin oğurlanması faktları müəyyən edilmişdi. Həmin günlərdə də Alimpaşa Məmmədovun adı korrupsiya cinayətini ört-basdır etməkdə hallanırdı. Belə xəbərlər vardı ki, Şəmkir Səhiyyə Şöbəsinin 2500 işçisindən yoxlamaların nəticələrinin “təmiz”lənməsi üçün pul yığılır. Yığılan pulun məbləği 250 min manat civarında olması xəbəri də vardı. Hesablama Palatası 2017-ci ildə Şəmkir Rayon Təhsil Şöbəsində araşdırma aparmışdı. O zaman Hesablama Palatasının kollegiyası Şəmkir rayon Təhsil Şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə alması haqda xəbər yaymışdı. O dövrdə Şəmkir Təhsil Şöbəsindəki real durumdan xəbərdar olanlar əl yelləyir, Hesablama Palatasının kollegiyasının qırarının yol verilən böyük yeyintilərin ört-basdır edilməsinə xidmət etdiyini deyirdilər.

Mövzu ilə bağlı Şəmkir rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmaq cəhdlərimiz heç cürə alımadı. Qarşı tərəfi də dinləməyə hazırıq.

teref.az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.