SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdam Məşğulluq xidmətinin rəisi və müavini imkansız ailənin puluna göz dikib? - ŞİKAYƏT

Ağdam Məşğulluq xidmətinin rəisi və müavini imkansız ailənin puluna göz dikib? - ŞİKAYƏT

Tarix:

28-09-2017, 11:23

/ 60 000 dəfə oxundu.
Ağdam Məşğulluq xidmətinin rəisi və müavini imkansız ailənin puluna göz dikib? - ŞİKAYƏT

Hörmətli xalqxeber.az redaksiyası !
Mən Ağdam rayon Evoğlu kəndində yaşayıram. Çox kasıb halda yaşayıram. Ailə vəziyyətimiz çox acınacaqlıdır. Evimiz 1 otaqdan ibarətdir və az qalır ki, güclü külək olanda ev başımıza uçsun. Evin dam örtüyü yararsız vəziyyətdə, döşəməsi isə torpaqdandır. Nə mən nə də həyat yoldaşım heç bir yerdə işləmirik. 1 ildir ki, Ağdam Məşğulluq Xidməti vasitəsi ilə "özünə məşğulluq" proqramına qoşulmuşam. Bir çox məşğələlərdə iştirak etmişəm və imtahanlar vermişəm. Dövlət tərəfindən "özünə məşğulluq" proqramı ilə bizim ailəmizə 4000 manat vəsait ayrılıb ki, bizim ailəmizə sərf edilsin. Ancaq Ağdam Məşğulluq xidmətinin rəisi Elşən müəllim və onun mavini Möhübbət müəllim həmin vəsaiti bizə verməyi yubadaraq bir ilə yaxındır ki başımıza Allahın müsübətini açırlar. Sizə göndərmiş olduğum video lentə baxanda görəcəksiz ki, biz hansı vəziyyətdə yaşayırıq. Bizim yaşadığımız evlə (ona ev demək olarsa) erməni postunun ara məsafəsi 600 metrdən də azdır. Bizim bu səsimizi öz saytınız vasitəsi ilə Hörmətli ölkə rəhbərlərimizə çatdırmağınızı Sizlərdən çox xahiş edirəm.
Hörmətlə: İmza: Cəfərov Elmir Ələddin oğlu AZE № 09873840 28.09.2017

xalqxeber.az

Ağdam Məşğulluq xidmətinin rəisi və müavini imkansız ailənin puluna göz dikib? - ŞİKAYƏT
Ağdam Məşğulluq xidmətinin rəisi və müavini imkansız ailənin puluna göz dikib? - ŞİKAYƏT
Ağdam Məşğulluq xidmətinin rəisi və müavini imkansız ailənin puluna göz dikib? - ŞİKAYƏT
Ağdam Məşğulluq xidmətinin rəisi və müavini imkansız ailənin puluna göz dikib? - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ