SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Ağdamda yoxsul əlil xidmət rəisindən nazirə nələr yazdı?

Ağdamda yoxsul əlil xidmət rəisindən nazirə nələr yazdı?

Tarix:

7-11-2017, 12:05

/ 59 180 dəfə oxundu.
Ağdamda yoxsul əlil xidmət rəisindən nazirə nələr yazdı?

Ağdamın Əfətli kənd sakini, III qrup əlil Əhmədov Ramin Məhəddin oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova müraciət ünvanlayıb
R.Əhmədov 2016-cı ilin fevralından Ağdam Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata durub.
İxtisasca elektrik montyor olan müraciət müəllifi, bundan əlavə kompyuter proqramlarından yüksək səviyyədə istifadə etməyi bacarır.
Onun sözlərinə görə, Ağdamda yerləşən bir neçə idarələrə də işsiz kimi müraciət edib və qeydiyyata alınıb:
“Bir əlil insan kimi hara gedirəmsə yaxın vaxtlarda iş olan kimi sənin əlil və cəbhə kəndində yaşamağını nəzərə alıb səni işlə təmin edəcəklər deyib yola salırlar. 4 nəfərdən ibarət ailə üzvlərimiz çox kasıb şəraitdə yaşayırıq. Atam, anam və mən 2016-cı ildən Ağdam Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata durmuşuq. 2016-cı ildən bu günə kimi Ağdam Məşğulluq mərkəzinə gedib gəlməkdən bezmişik. Mən kasıb bir əlil insanam, dövlət tərəfindən əliliyimə görə 47 manat pensiya alıram. Bu 47 manat pulla mən dolana bilmirəm. İki il ərzində Ağdam Məşğulluq Mərkəzi bir ailənin 3 üzvündən birini işlə təmin edə bilmirmi? Yox əgər işlə təmin edə bilmirsə onda bu idarənin fəaliyyəti nədən ibarətdir? Bu idarənin fəaliyyəti aidiyyatı qurumlar tərəfindən yoxlanmalı deyilmi?"
Ağdam Məşğulluq Mərkəzindən mətbuat səhifələrində, elektron mediada çoxsaylı şikayətlərə rast gəlmək olar. Hətta ötən il sakinlər idarənin qabağında aksiya keçirib.
Düşmənlə üzbəüz yerləşən rayonun camaatı işsizlik, sosial problem dərdi çəkməməlidir. Ancaq yerli məmurlar insanları incidir, əlilləri də narazı salırlar.
Məsələn, Ağdamın Evoğlu kəndində yaşayan Cəfərov Elmir də rayon Məşğulluq İdarəsinin rəhbərindən şikayətçi idi.
E. Cəfərov bildirmişdi ki, ona ödənilməli olan 4000 manat pul hələ də verilmir: “1 ildir ki, Ağdam Məşğulluq Xidməti vasitəsi ilə "özünə məşğulluq" proqramına qoşulmuşam.
Bir çox məşğələlərdə iştirak etmişəm və imtahanlar vermişəm. Dövlət tərəfindən "özünə məşğulluq" proqramı ilə bizim ailəmizə 4000 manat vəsait ayrılıb ki, bizə sərf edilsin.
Ancaq Ağdam Məşğulluq xidmətinin direktoru Elşən Rüstəmov həmin vəsaiti bizə verməyi yubadaraq bir ilə yaxındır ki, başımıza Allahın müsibətini açır.
Deyirlər ki, pulu sizə vermək üçün hər hansı bir avadanlıq tapmalısınız. Mən də traktor tapmışam və onu Məşğulluq İdarəsi hesabımda olan vəsait hesabına almalıdır. Ancaq direktor həmin pulla traktoru almır”.

Şərhlər

XƏBƏR LENTİ