SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » Gəncə hadisələrinə görə həbs olunanlardan biri də AZADLIQDA

Gəncə hadisələrinə görə həbs olunanlardan biri də AZADLIQDA

Tarix:

30-08-2019, 16:23

/ 956 dəfə oxundu.
Gəncə hadisələrinə görə həbs olunanlardan biri də AZADLIQDA

Bakı Apelyasiya Məhkəməsində Gəncə hadisələrinə görə tutulan daha bir qrup şəxsin - Elman Məmmədov, Elvin Nəzərov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevin apellyasiya şikayətlərinə baxılıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən Nemət Heydərlinin şikayəti təmin edilib və o məhkəmə zalından azadlığa buraxılıb.
Digər təqsirləndirilən şəxslərin isə cəzaları azaldılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Apelyasiya Məhkəməsi Gəncə hadisələrində təqsirləndirilən Elvin Əliyevin də azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

Şərhlər

XƏBƏR LENTİ