Rusiyada alkoqol istehlakı azaldılacaq
Rusiya hökuməti 2030-cu ilə qədər alkoqol istehlakının azaldılması konsepsiyasını təsdiqləyib. Sənəddə deyilir ki, adambaşına istehlak edilən etanolun həcmi 2023-cü ildəki 8,9 litr etanoldan 7 il sonra 7,8 litrə enməlidir.
Bu barədə Rusiya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Sənəddə alkoqolun zərərli təsirlərinin ilkin mərhələdə müəyyən edilməsi üzrə qabaqlayıcı tədbirlərin gücləndirilməsi, aksiz vergilərindən yayınmağa imkan verən spirtli içkilərin qanunsuz istehsalı və dövriyyəsi ilə mübarizə də nəzərdə tutulur.
Hakimiyyət orqanları dərman, ətriyyat, kosmetika və digər spirt tərkibli mayelərin alkoqol kimi istifadəsi təcrübəsini izləmək və qarşısını almaq, habelə görülən tədbirlərin effektivliyini artırmaq üçün sosialyönümlü qeyri-kommersiya təşkilatlarını cəlb etmək niyyətindədir. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək