Çin prezidentinin avtomobilini atəş topu ilə sınaqdan keçirtdilər
Elektrikli avtomobilə üstünlük verən Çin prezidenti Si Cinpinin sürəti və vizual görünüşü ilə yanaşı dayanıqlığı ilə də seçilən vasitədən istifadə etməsi diqqət çəkir.
Bu dayanıqlılığa maraq göstərən çinli tədqiqatçılar eyni avtomobili satın alaraq bir sınaq keçiriblər.
Belə ki, SUV markalı avtomobil atəş topu ilə davamlılıq baxımından sınaqdan keçirilib. Alov topunun nəhəng kranın köməyi ilə avtomobilə tam sürətlə dəydiyi bir vaxtda avtomobilin kiçik dəliklərdən başqa heç bir zərər görməməsi hətta təcrübə aparan tədqiqatçıları belə təəccübləndirib.
Hələ də istifadəyə yararlı olan nəqliyyat vasitəsinin o qədər güclü olması ekspertləri heyrətə salıb ki, ona dəyən top sərnişin oturacağındakı şəxsə belə zərər vurmayıb. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək