SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanda neçə uşağa qızılca peyvəndi vurulub?

Azərbaycanda neçə uşağa qızılca peyvəndi vurulub?

Tarix:

12-12-2023, 16:03

/ 486 dəfə oxundu.
Azərbaycanda neçə uşağa qızılca peyvəndi vurulub?

Azərbaycanda son günlər qızılca yoluxma hallarında artım müşahidə edilir. Yoluxma bir çox rayonda, əsasən uşaqlar arasında qeydə alınıb. Səhiyyə Nazirliyi, TƏBİB kimi qurumlar əhaliyə qızılca əleyhinə peyvənd vurulması ilə bağlı çağırış edib.
Xüsusi müalicəsi olmasa da, uşağın immun sistemini gücləndirmək, simptomları yüngülləşdirmək, ağırlaşmaları aradan qaldırmaq mümkündür. Qızılcanın ötürülməsinin qarşısını almağın ən effektiv yolu vaksinasiyadır.
"Valideynlərin nəzərinə çatdırım ki, uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaqlara ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər. Peyvənd qızılcaya yoluxan uşaqlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu təxminən 95 faizdir", - Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Maraqlıdır, Azərbaycanda neçə uşağa peyvənd vurulub?
Peyvənd əsasən uşaqlıq dövründə vurulur. Vaksinin birinci dozası uşağın 12-15 ayında, ikinci dozası isə 6 yaşda tətbiq edilir.  
Modern.az Dövlət Statistika Komitəsinə məsələ ilə bağlı sorğu göndərib.
Komitədən saytımıza verilən məlumata görə, qızılca əleyhinə vaksinin birinci və ikinci dozası vurulan uşaqların sayı illər üzrə aşağıdakı kimi olub:
2020-ci ildə
Birinci doza: 109 min
İkinci doza: 125.5 min
2021-ci ildə
Birinci doza: 122.3 min
İkinci doza: 134.8 min
2022-ci ildə
Birinci doza: 95.6 min
İkinci doza: 120 min
Beləliklə, 2020-2021-ci illərdə təxminən 327 min uşağa I doza, 380 min uşağa isə II doza peyvənd vurulub. 

Şərhlər

XƏBƏR LENTİ