SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Rusiyanın Ermənistanla birgə ordu yaratmasına DAA etirazı - Kölndən bəyanat

Rusiyanın Ermənistanla birgə ordu yaratmasına DAA etirazı - Kölndən bəyanat

Tarix:

17-07-2017, 09:23

/ 119 202 dəfə oxundu.
Rusiyanın Ermənistanla birgə ordu yaratmasına DAA etirazı - Kölndən bəyanat

Musavat.com xəbər verir ki, Rusiya Dövlət Dumasının Ermənistanla hərbi birləşmə yaradılmasını ratifikasiyası ilə bağlı Dünya Azərbaycanlıları Assambleyasının bəyanatı yayılıb. Saytımızın poçtuina göndərilən bəyanatda deyilir:

"Rusiya Dumasının sədri, Volodin Vyaçeslav Viktoroviç,

Rusiya Dumasının üzvlərinə
Rusiya Federativ Respublikası Dumasının Ermənistanla hərbi qruplaşma yaratması ilə əlaqədar qərarı ratifikasiya etməsini dərin təəssüff hissi ilə qarşılayır, bu addımın Rusiya ilə Azərbaycanın tarixi və bugünki əməkdaşlıq ruhu ilə uyğun gəlmədiyini, bu qərarın Azərbaycan toplumunda böyük dost Rusiyaya qarşı heç də xoş olmayacaq münasibət formalaşdıracağından narahatlığımızı bildirir, eyni zamanda Rusiya ilə Azərbaycan münasibətlərinə sərin küləklər əsdirəcəyini şübhəsiz hesab edirik.
Azərbaycanla Rusiya illərdir strateji partnyordur. Rusiyanın özünün də rəsmi olaraq qəbul etdiyi kimi Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilmiş, milyonlarla insan öz doğma torpağından didərgün düşmüşdür. Belə olduğu halda Rusiyanın işğalçı ölkəyə hərbi dəstəyini nə ilə əlaqələndirə bilərik? Bununla Rusiya dövləti hansı mesajı vermək istəyir? Məlum olduğu kimi, illərdir Rusiya beynəlxalq miqyasda müxtəlif qurumlar tərəfindən diplomatik və siyasi təzyiqlər altındadır, belə olduğu halda özünün strateji və etibarlı partnyoru Azərbaycanın dost Rusiyaya hansı münasibət göstərdiyinin isbata ehtiyacı yoxdur.
Hesab edirik ki, bucür qərarlar verilirkən Rusiya yaxın qonşusunun, regiondakı strateji və etibarlı partnyorunun maraqlarını nəzərə almalıdır.
Dünyanın 30-a yaxın ölkəsində azərbaycanlıları təmsil edən beynəlxalq təşkilat olaraq ratifikasiya qərarından dərin təəssüffləndiyimizi bir daha bildirir, regiondakı əsas partnyorlarımızdan və dostlarımızdan biri Rusiya dövlətini bucür həssas məsələlərdə ehtiyatlı davranmağa səsləyir , ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə xələl gəlməsinə imkan verilməməsinə çağırırıq.

DAA Mətbuat Xidməti
Köln, Almaniya
17.07.2017".

Musavat.com

Şərhlər

XƏBƏR LENTİ