SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Aşıqbayram su anbarı elə bil DÖVLƏTİN DEYİL... - KİMİNSƏ ŞƏXSİ MÜLKÜDÜR...

Aşıqbayram su anbarı elə bil DÖVLƏTİN DEYİL... - KİMİNSƏ ŞƏXSİ MÜLKÜDÜR...

Tarix:

28-11-2023, 08:59

/ 448 dəfə oxundu.
Aşıqbayram su anbarı elə bil DÖVLƏTİN DEYİL... - KİMİNSƏ ŞƏXSİ MÜLKÜDÜR...

Redaksiyamıza iki gün əvvəl İsmayıllıdan ilginc informasiya daxil olmuşdu.
Söhbət Aşıqbayram su anbarı ilə bağlı idi. Qeyd olunan yazı dərc olunduqdan sonra əraziyə yaxın kəndlərdə yaşayan insanların müraciətləri artmağa başladı.

Bəli şikayətçi bildirir ki, deyilənlər həqiqətdir və bu məsələ ilə bağlı təxminən bir ay əvvəl rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovun qəbulunda da olublar. Biz başçıya bildirdik ki,gölün suyu qəsdən azaldılıb və məqsəd aydındır ancaq mal-qaramız palçığa batır və xüsusi texnika olmasa onları xilas edə bilmirik. Cənab başçı məsələ ilə bağlı öz göstərişini verdi ancaq müdir Elşad Quliyev onu eşitmədi və bu gün mənzərə göz qabağındadır.Həqiqətən meliorasiya rəisi balıq alverinə girişib və bu işi bir qrup idmançı və Qarabağ qazilərinin əli ilə həyata keçirir.
Hörmətli redaksiya: Elşad Quliyev qoçularına deyib ki,işinizi görün və kim sizə mane olsa əzişdirin qorxmayın lazım olsa yaxın qohumum korrupsiya idarəsində işləyir sizə kömək edəcək.Bu adam bilinmir ki, dövlət qulluqçusudur ya balıq alverçisi.
Hörmətli redaksiya: Biz sizə video çarxlar göndəririk və burada açıqca görünür ki, balıq tor ilə necə tutulub məhv olunur. Bütün bunlar 6-saylı regional ekologiya və təbii sərvətlər idarəsinin gözləri qarşısında baş verir, ancaq onlar dinə bilmir çünki bu işdən onlara da pay düşür.
Balıq tutulub "Dərə" kafesi adlanan yerdə satılır. Bütün sifarişçilər oradan gəlib alıb aparırlar.
Xahiş edirik bu məsələnin daha çox ictimailəşməsi işində bizə kömək edəsiniz.
Yaxın günlərdə biz bir qrup kənd sakinləri yenidən rayon icra hakimiyyətinə şikayət etmək üçün gedəcəyik. Əlimizdə olan foto və video çəkilişləri tədricən sizə göndərəcəyik.Ancaq xahiş edirik ki, bu materialları it-bata salmayasınız çünki bir xeyli yerli və respublikanın başqa yerlərində olan saytlara, YouTube kanallarına müraciət edərək kömək istəmişik aldığımız cavab bu olub ki, Elşad müəllim dostumuzdur bizlik deyil.Yəqin onlara da balıq kababı yedizdirirlər?

Əvvəlcədən təşəkkür edirik
Hörmətlə bir qrup İsmayıllı sakini.

Mövzu tərəfimizdən araşdırılır.

Mənbə: azerinfo.info
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Şərhlər

XƏBƏR LENTİ