XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » ABŞ-da Fələstin embarqosu: Pilot işdən çıxarıldı

ABŞ-da Fələstin embarqosu: Pilot işdən çıxarıldı

ABŞ-da Fələstin embarqosu: Pilot işdən çıxarıldı
22-11-2023, 20:20

ABŞ-ın United Airlines aviaşirkəti sosial mediada Fələstinə dəstək mesajı olan bir post paylaşan pilot İbrahim Mosallamı vəzifəsindən uzaqlaşdırıb.

Bu barədə “The New York Post” məlumat yayıb. Mosallamın 7 oktyabr hücumlarından sonra Fələstinə dəstək verdiyi Facebook paylaşımı sosial mediada gündəmə gəlib.

Yazının "anti-semit" ifadələri olduğu səbəbilə sosial mediada reaksiyalar almasından sonra pilotun işlədiyi United Airlines, məsələ ilə bağlı araşdırmalara başlayıb və Mosallamın fəaliyyətini dayandırılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.