Ərini bıçaqlayan qadın həbs edilmədi
Tərtər rayonunda həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayan 32 yaşlı Sona Quliyevanın (şərti) məhkəməsi başa çatıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Quliyeva Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.
Bildirilib ki, bu ilin martında Tərtərin kəndlərindən birində yaşayan qadın həyat yoldaşının telefonda başqa qadınla yazışmasını görüb. Bundan əsəbiləşən S.Quliyeva əri Ə.Quliyevə (şərti) etiraz edib. Nəticədə tərəflər arasında münaqişə baş verib. Bu zaman 32 yaşlı qadın bıçaq götürərək ərinə zərbə endirib.
Ağır xəsarət alan kişi xəstəxanaya yerləşdirilib və onun həyatı xilas edilib.
Məhkəmənin 27 oktyabr tarixli hökmü ilə S.Quliyevaya 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Bir sıra yüngülləşdirici hallar nəzərə alınaraq cəza 3 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...